KXCP sədrinin müşaviri “AZADLIQ 2015” seçki blokunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Akif Hüseyonuvun namizədliyi qeydə alınmayıb.

Teleqraf.az xəbər verir ki, bu barədə Akif Hüseynov özü məlumat verib. DSK-da onun təqdim etdiyi İmza vərəqələrini götürmək istəmədiklərini deyən Akif Hüseynov bu gün növbəti bəhanə ilə qarşılaşdığını bildirdi : "Namizədliyimi qeydə almadılar. Bəhanələri bu oldu ki, güya mən 30 nəfər seçicini onlar üçün ev tikəcəyimi deyərək , 50 nəfəri isə başqa vədlərlə aldadarq imza almışam. Yalançı bəhanələrlə namizədliyimi qeydə almadılar, eynən sədrim Mirmahmud Mirəlioğlu kimi"

Xatırladaq ki, bir neçə gün bundan qabaq Akif Hüseynov Teleqraf.az-a məlumat verərək bildirmişdi ki, icra hakimiyyətinin nümayəndələri ev-ev düşərək ona imza verən insanları işsizliklə və övladlarını məktəbdən qovacaqları ilə hədələyib  verdikləri imzalardan imtina etməyə məcbur edirlər.

Xəbər lenti