Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi “Bermud üçbucağı” adlı ərazidə növbəti dəfə gəmi yoxa çıxıb. ANS PRESS-in məlumatına görə, 28 amerikalı, 5 polşalı heyəti olan, ABŞ bayrağı ilə üzən “Al Faro” adlı yük gəmisindən bir müddətdir xəbər alınmadığı bildirilir. Rəsmilər son dəfə cüməaxşamı günü Kroked adalarına 35 mil məsafədə yerli vaxtla səhər saat 07.30-da gəmi ilə əlaqə qurulduğunu, bundan sonra “Al Faro”dan siqnal alınmadığını bildiriblər.


Bermud üçbucağının əhatə etdiyi ərazi

Dəniz zabiti polkovnik Rayn Ross “Bermud şeytan üçbucağı” adlı ərazidə itən gəminin 3 ədəd “C-130” tipli təyyarə, ABŞ Hərbi Dəniz qüvvələrinə aid helikopterlərlə axtarıldığını deyib. Ross həmçinin, son əlaqə zamanı gəminin mühərriklərinin dayanması, gəmiyə su dolması və suyun təxliyyəsinə çalışılması barədə məlumat aldıqlarını deyib. 

İtkin düşən “Al Faro” gəmisi 

Gəminin, ABŞ-ın şərq sahillərində güclü təsir qüvvəsinə malik və Bermud ətrafında da təsirli olan “Xoakin” (Joaquin) qasırğası səbəbindən batdığı güman olunur. Bölgədə axtarış aparan uçuş heyəti isə gəminin itdiyi ərazidəki suyun səthində çox sayda xilasedici dairələr gördüklərini bildiriblər. 

Bundan əvvəl də mətbuatda, müxtəlif vaxtlarda “Bermud üçbucağı” ərazisində gəmilərin və təyyarələrin batması barədə xəbərlər yayılmışdı. 

Xəbər lenti