Yevlax şəhərində də penoplast örtüklərin sökülməsinə başlanılıb.

ANS TV-nin məlumatına görə, paytaxda baş verən yanğından sonra dövlət başçısının tapşırığı ilə ölkə ərazisində tez alışan materiallarla üzlənən binaların fasadlarının sökülməsinə başlanılıb.

Söküntü Yevlaxın 31-ci məhəllə adlanan ərazisindəki 5 binada aparılır. Sakinlərin sözlərinə görə, binaların üzlənməsinə təqribən 6 ay əvvəl başlanılıb.

Yevlax şəhər İcra nümayəndəliyindən isə bildirilib ki, ümumi sayı 270 mənzildən ibarət olan bu binaların fasadlarının sökülməsi 2 günə yekunlaşacaq. 

İşlər yekunlaşdıqdan sonra binaların yanğına davamlı tikinti materialları ilə üzlənməsinə başlanacaq.

Xəbər lenti