Bu gün axşam saat 21-00 radələrində Bakı şəhəri Tiflis prospektində yerləşən Avropa hotelində dəhşətli qətl hadisəsi qeydə alınıb.

Brifinq.com saytının məlumatına görə, biri Azərbaycan MMA üzrə komandanın baş məşqçisi, məşhur idmançı Ruslan Əfəndiyev olmaqla, 3 nəfər bıçaqlanıb. Hadisəni törədən şəxsin məşq etmək üçün hotelin idman zalına gələnlərdən biri olduğu qeyd olunur. Məlumata görə, bıçaq zərbəsi Ruslan Əfəndiyevin tələbələrindən biri, 25 yaşlı idmançının ürək nahiyyəsinə dəydiyi üçün o, hadisə yerindəcə keçinib. Baş məşqçinin və digər yaralının vəziyyəti isə ağırdır. Hazırda hotelə giriş-çıxış bağlanılıb. Hotelə gələn yollarda, o cümlədən ətraf ərazilərdə polis əmliyyat-axtarış tədbirlərinə başlayıb. Yasamal Rayon Polis idarəsindən "Brifinq.com"-a faktı təsdiqləyiblər. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti