AXCP funksioneri Natiq Ədliov bundan belə Fransada yaşayacaq. Sosial şəbəkələrdə yayılan məlumata görə, artıq N.Ədilovun Fransa dövlətindən siyasi sığınacaq alması təsdilənib. 

Qeyd edək ki, N.Ədilov uzun müddət idi ki, qonşu Gürcüstanda idi və onun xarici ölkələrdən birindən siyasi sığınacaq alacağı gözlənilirdi. 

AXCP funksioneri ölkəni Sabirabadda yaşayan qardaşı Murad Ədilovun həbs olunmasından sonra tərk edib. Qardaşının siyasi fəaliyyətinə həbs olunduğunu bildirən N.Ədilov qeyd edirdi ki, əslində M.Ədilovu həbs etməklə hakimiyyət ona təzyiq göstərmək istəyir.  

Onu da qeyd edək ki, N.Ədilov bir neçə dəfə qara piar kampaniyasına məruz qalıb.

Musavat.com

Xəbər lenti