Qazax rayon sakini olan birinci qrup əlil Əhmədov Qurban Nazim oğlu acınacaqlı sosial problemləri ilə bağlı Teleqraf.az vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Salam hörmətli sayt heyyəti. Sizin saytınız vasitəsi ilə bir neçə oxucunun problemləri həll edilib deyə mən də ən nəhayətdə sizə yazmaq qərarına gəldim. Mən birinci qrup əlil Əhmədov Qurban Nazim oğlu anadan gəlmə əliləm. Uşaq ikən anamı itirmişəm, sonra isə bəzi səbəblərdən ata qayğısından məhrum olmuşam. Qardaşımla bir yerdə ya əmimgildə, ya dayımgildə birtəhər böyümüşük. İndi mən heç yeriyə bilmirəm. Qardaşım ailəsi ilə bir yerdə kirayədə qalıb özlərini güclə saxladığı halda, mən də bir yandan onlara yük olmuşam. Onların da, mənim də vəziyyətim çox pis olduğundan artıq bu hala dözə bilmirəm. Hökümətin verdiyi 50 manatla neynəmək olar axı. Bu miqdar, mənə yardım etməyən orqanlarda işləyənlərin bir günlük xərcləridi. Qardaşım çətin vəziyyətində mən də üstəlik ona yük olmayım deyə cəmisi bir otaq ücün müraciət etmədiyim yer qalmayıb. Dörd ildir hər yerə, Ölkə başçısından tutmuş, Mehriban xanımın rəhbərlik etdiyi “Heydər Əliyev” fonduna, nazirliklərə, millət vəkillərinə, ən kiçik qurumlara qədər hər yerə yazmışam. Amma hamısı məktubuma cavab üçün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməyimi deyiblər. Müraciətlərimin son ünvanı Qazağın İcra Hakimiyyətidir deyə, və onlardan fərqli bəhanələrlə bir cavab yoxdu deyə mənim şikayətim məhz rayonumuzun icra hakimiyyətindəndir.

    Düzdü, yaxşı bir bəhanə də tapıblar ki, heç qaçqınlara yer edə bilmirik, sənə evi hardan tapaq. Ancaq Qazaxda “Çinarın dibi” deyilən ərazidə qaçqınlar üçün tikilmiş 24 mənzilli evin heç 10-nunu qaçqınlara vermədilər. Kim istəsə gəlib yoxlaya da bilər, İcra hakimi evləri kimə istədi, hətta öz sürücüsünə satıb. Yetməzmiş kimi, Qazax rayonunun göz xəstəxanasının binasının otaqlarını 1500-3000 manat arası qiymətə əhaliyə satdılar. Məni kimi əlillərə gəldikdə isə min bir bəhanə ilə ev tapmırlar.

    Onu da qeyd edim ki, rayon rəhbərliyi nəinki xalqı, hətta prezidenti də aldadır. Prezident rayonumuza gələndə Konservi zavodun açılışında oldu. Halbuki hamı bilirdiki onda zavod açılışa hazır deyil, sadəcə olaraq üzünü suni örtüklə bəzəmişdilər, hansıki heç bir ay çəkmədi, çürüyüb töküldü. Həmin vaxtı Qazağın parkına yaşıl ot da döşədilər. Amma ölkə başçısının səfərindən sonra bircə dəfə də olsun sulanmadı deyə o yaşıllığa xərclənən pul da hədərə getdi.

    İndi mənim gücüm bu hadisələri ancaq qəzetlərdə, saytlarda yaymağa çatır. Bəlkə ya özləri oxuya, ya da hansısa yuxarıvəzifəlinin rastına çıxa və mənim kimi yeriyə bilməyən, Allah ümidinə qalmış insanlara bir çarə fikirləşələr.

Əhmədov Qurban 055 863-53-51

Xəbər lenti