Rusiya hüquq-mühafizə orqanları kriminal aləmdə “Gəncəli Rüfət” adı ilə tanınan Ülfət Tağıyevi saxlayıblar. “Lüblin” bazarının həmtəsisçiləri Elxan Əliyeb və İlqar Əliyevin qətlində şübhəli bilinərək saxlanılan Tağıyev bu ilin yanvar ayında öldürülən “Ded Xasan” ləqəbli kriminal avtoritet Aslan Usoyanın ölümü ilə bağlı da bəzi faktları etiraf edib. O, 2013-cü il yanvarın 16-da Usoyana qarşı təşkil edilən sui-qəsd zamanı icraçı killerin ərazidən uzaqlaşması üçün marşrut cızdığını boyuna alıb.

“Tağıyev Moskvanın cənub-şərqindəki bazar sahiblərinin öldürülməsində şübhəli bilindiyi üçün istintaqa cəlb olunub. Dindirmə zamanı o, 2013-cü ildə Aslan Usiyana qarşı sui-qəsdin təşkilində iştirak etdiyini boynuna alıb. Ülfət Tağıyev killerin kuratoru və məsləhətçisi olub”, - Rusiya polisindən verilən açıqlamada bildirilir.

Rusiya mətbuatının məlumatına görə, “Gəncəli Rüfət” Usoyanla ədavətdə olan “qanuni oğru” Rövşən Lənkəranskinin qruplaşmasında killer kimi fəaliyyət göstərib.

Lakin Ülfət Tağıyev Aslan Usoyanın qətlinin icraçısı, yaxud sifarişçisi olmasını inkar edib. Onun sözlərinıə görə, sadəcə killerin cinayət yerinə gəlməsi və şübhə oyatmadan getməsi üçün marşrut planı cızıb. Lakin ona bu martşuru sifariş verən şəxsin adını açıqlamaqdan imtina edib.

2013-cü il yanvarın 16-da Moskvanın “Starlıy fontan” restoranının önündə yezidi kürdü Aslan Usoyana qarşı sui-qəsd təşkil olunub. Killerin açdığı atəş nəticəsində başından yaralanan kriminal avtoritet xəstəxanaya aparılanda yolda dünyasını dəyişib. Onun qətlinin sifarişçiləri və icraçılarının müəyyən olunması üçün araşdırmalar bu günə qədər nəticə verməyib.(modern.az)

 

Xəbər lenti