ABŞ Müdafiə Nazirliyinin İraqa göndərəcəyi silah və sursatların hesabatı açıqlanaraq,  Senata təqdim ediləyə hazırlanıb.  

Teleqraf.az xəbər verir ki, hesabata görə ABŞ-ın İraqdakı aşirətlərə göndərəcəyi silahlar arasında AK-47 (Kalaşnikov), havan topu güllələri və təchizatı və raket atan silahlar var. Pentaqonun hesabatında gözə çarpan detallardan biri olan "Yerli döyüşçüləri silahlandırmamak bölgədəki tayfaları IŞİD'ə qarşı hərəkətə keçməsinə çox böyük bir maneə olur" ifadəsi ABŞ-ın bölgədəki strategiyası haqqında əhəmiyyətli ipucları verir.

Mövzuyla əlaqədar izahat verən səlahiyyətli şəxs, silah transferlərinin İraq hökuməti kanalıyla söz mövzusu aşirətlərə veriləcəyini bildirərək,  ABŞ və İraq arasındakı müqavilələrin buna imkan verdiyini də vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresi keçdiyimiz günlərdə terror təşkilatı IŞİD'lə mübarizə üçün 1.6 milyard dollarlıq bir büdcə ayırmışdı.

Xəbər lenti