11 siyasi partiyanın daxil olduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi Mərkəzi Polşa səfirliyində görüş keçirib.

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən verilən məlumata görə, Mərkəzin Sədrlər Şurasının toplantısının qərarına müvafiq olaraq ALDP sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Oruc Polşanın Azərbaycandakı səfirliyində olublar. 

Mərkəz təmsilçiləri səfir səlahiyyətlərini icra edən  xanım Beata Baranşka ilə görüşüb. Görüşdə Siyasi Partiyaların Demokratiya və İnsan Haqlarını Müdafiə Mərkəzinin fəaliyyəti və məqsədləri, o cümlədən avrointeqrasiya məsələsində planları barədə, habelə ölkədəki vəziyyət, vətəndaş cəmiyyəti xadimlərinin, hüquq müdafiəçilərinin və QHT təmsilçilərinin həbsi  müzakirə olunub. 

Qeyd edək ki, Polşa Avropa İttifaqının postsovet ölkələrlə əməkdaşlığında əsas koordinator ölkə kimi tanınır./Musavat.com/

Xəbər lenti