İraqın paytaxtı Bağdadda şiə məscidi hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, məsciddə törədilən partlayış zamanı azı 11 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Məscidə edilən hücum sutka ərzində ikinci belə terror aktı olub. Məlumata görə hücum İŞİD silahlıları tərəfindən törədilib. Beynəlxalq müşahidəçilər İŞİD-in bu cür hücumlarını iraqlılara qarşı hədə-qorxu kampaniyası adlandırıblar.

İraq ordusu və şiə könüllüləri paytaxt Bağdadın İŞİD tərəfindən zəbt olunmasına qarşı mübarizə aparırlar. İŞİD-çilər hazırda Bağdadla qonşu Anbar vilayətinin əksər ərazisinə nəzarəti ələ alıblar.

Xəbər lenti