Bu gün "Avro-2020"yə ev sahibliyi edəcək şəhərlərin adları bəlli olub.

 Teleqraf.az -ın məlumatına görə, futbol bayramını qəbul edəcək olan13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında elan olunub.

Azərbaycan qrupun üç oyununu və bir 1/4 final oyununu qəbul edəcək.

Bakı vaxtı ilə saat 12:00-da başlayacaq səsvermənin nəticələri 4 saat sonra açıqlanıb. Turniri qəbul etməyə 19 ölkə namizəddir ki, onların sırasında Bakı şəhəri ilə təmsil olunan Azərbaycan da var idi. Paytaxtımız "Avro-2020"ni qəbul edəcək 13 şəhər arasında olub.

Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Yerusalim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardif (Uels) şəhərləri də “Avro-2020”yə ev sahibliyi etmək üçün yarışıblar.

Çempionatın oyunları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. “Avro-2016”da olduğu kimi “Avro-2020”nin final mərhələsində də 24 yığma iştirak edəcək.

Yarımfinal və final görüşlərinin keçirilməsi uğrunda əsasən London və Münhen şəhərləri mübarizə aparıb.

"Avro-2020"nin yarımfinal və final oyunlarının Londonda keçirilməsi rəsmən açıqlanıb.

Yarımfinal və final oyunları: London (İngiltərə)

Turnirin digər oyunları isə bu şəhərlərdə keçiriləcək: 

Bakı (Azərbaycan), Münhen (Almaniya), Budapeşt (Macarıstan),  Bilbao (İspaniya Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya) Brüssel (Belçika), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya)

Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin qəbul dəcəyi oyun qrafiki belədir:
 
İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münxen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel - 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen - 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt - 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam - 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin - 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest - 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo - 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao - 3 qrup oyunu, 1 1/8 final oyunu

Yerusalim (İsrail), Stokholm (İsveç) Sofiya (Bolqarıstan), Skopye (Makedoniya),

Minsk (Belarus)və Kardif (Uels) şəhərləri isə “Avro-2020”yə ev sahibliyi etmək uğrunda yarışda lazımi səsi toplaya bilməyiblər.

Qeyd edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və  nümayəndə heyətimizin digər üzvləti təmsil edib.

 

Xəbər lenti