Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İraq və Suriyadakı vətəndaş müharibəsi, İŞİD terror təşkilatının regiona təsiri və ABŞ-ın bu təşkilata qarşı başlatdığı mübarizə ilə bağlı qərarlar verilməsi üçün təhlükəsizlik müşavirəsi keçirilib. 

Çankaya köşkündə baş tutan 3 saatlıq müşavirədə əsas məsələ İŞİD-in müzakirəsi olub. 

Toplantıda baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Qərargah rəisi Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala, milli müdafiə naziri İsmət Yılmaz, MİT (Milli Kəşfiyyat idarəsi) müşaviri Hakan Fidan, qərargah rəisinin ikinci rəhbəri general Yaşar Gülər, qərargahın əməliyyatlar idarəsi rəhbəri, komandirlər və bir sıra hökumət nümayəndələri iştirak ediblər. 

Başlıca müzakirə mövzusu olan İŞİD-lə bağlı qərar verilərkən bildirilirb ki, Türkiyə bölgədəki bütün terror qruplaşmalarına qarşı mübarizədə müttəfiqlərinin yürütdüyü siyasəti dəstəkləyəcək. Beləliklə ABŞ başda olmaqla, koalisiya qüvvələri və İŞİD-ə qarşı mübarizə aparan hər ölkənin yanında olmağa qərar verilib.

Qeyd edək ki, Türkiyə bundan əvvəl koalisyaya qoşulmaqdan imtina etmiş, ABŞ tərəfi isə bunun hər ölkənin öz seçimi olduğunu bildirmişdi

Xəbər lenti