Bu gün Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın demokratik seçki ilə seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin vəfatından 16 il keçdi.

Teleqraf.az-ın məlumatına görə, Əbülfəz Elçibəyin anım günü ilə bağlı Klassik Xalqı Cəbhəsi Partiyası (KXCP) bir sıra tədbirlər keçirib. Aqil Səmədbəyli və Bütöv Azərbaycan Birliyinin  rəhbərliyi KXCP üzvləri ilə birgə Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər, 

Tədbirdə,  Savalan Dağının zirvəsindən  KXCP Ali Məclisinin sədri Bəybala Əbilin və KXCP Ali Məclis üzvü Adil Mikayıllının  gətirdikləri  torpaq  Elçibəyin məzarı üstünə  səpildi. Əbülfəz Elçibəyin  Müqəddəs Savalan Dağına həsr etdiyi məşhur fikirlər tədbir iştirakçılarına çatdırıldı

Bundan sonra tədbir KXCP-nin mərkəzi qərərgahında davam etdirilib.

Anar Rəsul


          

Xəbər lenti