Klassik Xalq Cəbhəsi Partiyasının Sədri, istiqlalcı millət vəkili Mirmahmud Mirəli oğlunun
28 may- Cumhuriyyət gunu munasibəti ilə bayram təbriki!

Əziz həmvətənlər!

28 may 1918- ci il - Azərbaycan xalqının şərəf tarixinin yazıldığı ən dəyərli günlərdən biridir.  Həmin gün Xalqımız Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının öndərliyi ilə imperialist qüvvələrin ağır basqıları altında Rusiyanın müstəmləkə zəncirlərini qıraraq müsəlman şərqinin, Turk dunyasının ilk respublikasını -Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur.

 Azərbaycan Xalq Cumhuriyyəti movcud olduğu 23 ay ərzində ölkəmizi bəşəriyyətə çağdaş dünyanın milli-demokratik dövləti kimi tanıtmış, qısa müddət ərzində demokratik islahatlar apararaq milli – dovlətcilik tariximizin şanlı səhifələrini yaratmışdır.
Rus sovet İmperiyası 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini suquta uğratsa da, xalqımızın iradəsini qıra bilməmişdir. 71 il sonra – 1991-ci ildə Elcibəyin rəhbərliyi və silahdaşlarının iştirakı ilə Milli Azadlıq Hərəkatının nəticəsi olaraq dovlət mustəqilliyimizi bərpa edildi. “Bir kərə yuksələn bayraq, bir daha enməz” həqiqəti bird daha təsdiqləndi..
Əziz həmvətənlər!
Sizi, bu mohtəşəm  bayram munasibəti ilə təbrik edirəm. İnanırıq ki, Xalqımızın şərəfli mübarizəsi  Azərbaycanımızın bütövləşməsi ilə nəticələnəcəkdir.
Azərbaycan adı və istiqlalı uğrunda mübarizə aparan şəhidlərimizin ruhu şad, vətənimiz azad və abad olsun.  
Bayramınız mübarək!

Xəbər lenti