Tahir Abbaslı: "Bizim əqidəmizə görə İmam Mehdi (ə.f) bütün müsəlmanların gözünə görünür və kömək edir."

 Iranin tanınmış din alimlərindən olan Ayətullah Şirazi Qum şəhərində təşkil olunan beynəlxalq konfransda çıxış edərkən Ayətullah  Seyid Əli Xameneinin Cəmkəran məscidində İmam Mehdi ilə bağlantı qurduğunu iddia edib. Buna qədər də İranın bir çox fiq alimlərinin İmam Mehdi ilə təmasda olduğu iddia edilibdir.

Teleqraf.az bununla bağlı İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslının münasibətini öyrənib.

İmam mehdinin bütün müsalmanların gözünə göründüyünü və dara düşənlərə yardım etdiyini deyən partiya sədri bildirdi ki: “Bir çox görüşlər var ki, bizlər bir ömür səf edirik ki, nail olaq. Belə ali görüşlər qeybdə olan 124 min peyğəmbərlər (ə) imamlar və övliyalarla olanlardır. Xoş o insanların halına ki, yaşadığı dövürdə belə müqəddəs və müqəddəsdən yuxarı şəxsiyyətlərlə görüşə və əlaqəsi ola. Əhli beytə və qeybi aləmə əqidə və etiqadı olanlar Sahibə əz Zaman (ə.f.)ın diri olaraq qeybi aləmdə olduğunu və imanlı şəxslərin, xüsusən darda və köməyə ehtiyaca olan insanların gözünə görünür. Lakin həmin şəxslər onu tanımaya da bilərlər. O həzrət (ə.f.) xüsusən imanlı din alimləri ilə görüşüb, şəri-dini və ictimai-siyasi məsələlərə münasibətini bildirir. Elə şəri-dini məsələlər var ki bəşər cavablandırmağa cavab verə bilmədiyindən İmam (ə.f)ın müdaxiləsi qaçılmazdır. Əks təqdirdə bu qədər düşmənlərin və yüksək elmi-texniki inkişafın qarşısında İslam dininin və müsəlmanların aqibəti çoxdan bitmişdi. Bizim əqidəmizə görə İmam Mehdi (ə.f) bütün müsəlmanların gözünə görünür və kömək edir. Lakin bu hər dəfə fərqli görkəmdə və başqa adlarla ola bilr. İnsan dünyasını dəyişəndən sonra deyəcək ki, mənə kömək edən bu şəxs idi. O ki, qaldı İranın ali dini rəhbərinin İmam Mehdi (ə.f.)la görüşməsində qeyri adi bir şey görmürəm. Desəydilər ki, Allahla görüşüb heyrətlənərdim. Əgər iki adil şəxs bu görüş haqqda məlumat verərsə inanmamağa haqqımız yoxdur. Onu da qeyd edim ki, dünyanın ən yuxarı məşəqqətlərin çəkməyə dəyər ki, o həzrətlərlə görüşə bilək. Əslində insanın varlığı belə gözəl görüşlər üçündür, təki belə görüşlərdən müsəlman dünyası nicat tapsın."

Qeyd edək ki,  şiələr on ikinci imam olan Mehdinin qeybə çəkildiyinə və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyinə inanırlar. Sünni məzhəbində olanlarsa imamın hələ doğulmadığını. anadan olduqdan sonra dünyada ədaləti bərqarar edəcəyinə inam gətiriblər. 

Elşən Əlisoy

Xəbər lenti