Türkiyə güclü müttəfiqdir. Rusiyanın köməyinə ehtiyac yoxdur. Ancaq lazım olarsa, 48 saat ərzində ordayıq.  
Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib. "Türkiyə güclü bir ölkədir, NATO-da ən böyük ordulardan birinə sahibdir. Türkiyə özünü qoruya biləcək gücdədir, ancaq NATO hər zaman hazırdır. Daha çox dəstək lazım olarsa, biz bu yardımı artırarıq. Ehtiyac olarsa, 48 saat ərzində ordunu Türkiyəyə tam şəkildə yerləşdirə bilərik. Məqsədimiz Türkiyə kimi müttəfiqlərə daha çox dəstək verməkdir", - Stoltenberq vurğulayıb.

Xəbər lenti