Sumqayıt Texnologiyalar Parkında (STP)  işçilərin maaşları verilmir.

Bu barədə Teleqraf.az-a məlumat verən işçilərdən biri bildirib ki; “3 aydan çoxdur ki, zavodun işçiləri maaşlarını ala bilmirlər. Bu gün 500-ə yaxın adam zavodun qarşısına toplaşaraq maaşlarını tələb ediblər.  Haqlarını tələb edən zavod işçiləri polisin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıblar. zavod rəhbərliyi isə maaşlarını tələb edən işçilərin ixtisara düşdüklərini deyib işdən çıxardır və İşdən çıxarılanların “raşot” pulları 2 il bundan öncənin maaş miqdarı ilə hesablanır. Zavodda haqsızlıq baş alıb gedir. Dərdimizi kimə və ya hara deyəcəyimizi bilmirik. Bu gün zavodun icraçı direktoru Sahib Musayev bizə işdən çıxarıldığımızı bildirdi. “Raşot” pulumuza gəldikdə isə onu da vermək fikirləri yoxdur. Bizə bildirdilər ki, hesablaşma pulunuzu da nə vaxtsa gəlib alarsınız.

Xəbər lenti