Roma papası və Avropa parlamentini “erməni soyqırımı” ifadələrini işlətdiyinə görə qınayan Türkiyə hökuməti ermənilərə 1915-ci ildə yaşanan hadisələrə görə baş sağlığı verib. 

Baş naziri Əhməd Davudoğlu başsağlığında 24 aprel günü osmanlı ermənilərinin anılacağını deyib: 

“Birinci dünya müharibəsi şərtlərində fərqli etnik və dini kökənə mənsub millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən məsum osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə başsağlığımızı diləyirik. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir görəvdir. Bu mənada, bu il aprelin 24-də erməni patriarxlığında təşkil ediləcək dini mərasimlə osmanlı erməniəri bütün dünyada olduğu kimi Türkiyədə də anılacaq”.

Xəbər lenti