İŞİD silahlıları efiopiyalı xristianların başını kəsiblər. Hadisəni əks etdirən kadrlar internetdə yayılıb. ANSPRESS xəbər verir ki, titrda “Düşmən Efiopiya Kilsəsinin Xaçpərəstləri” yazılmış ifadə yer alır. Kadrlar Liviya sahillərində çəkilib. Lakin qətliamın baş verdiyi vaxt dəqiq məlum deyil. Məlumata görə, silahlılar azı 30 nəfəri edam edib. Onlardan bəziləri güllənərək öldürülüb.

Üzü maskalı əlində silah olan İŞİD silahlısı xristianları ya İslam dini qəbul etməyə, ya da cizyə - can vergisi verməyə çağırıb. Əks halda isə, onları öldürəcəklərini bildiriblər.

Bir müddət əvvəl İŞİD silahlıları Liviyada 21 misirli xristianı başlarını kəsərək qətlə yetirmişdi.

 

Xəbər lenti