Dünyanı hələ də öz vahiməsində saxlayan Eboladan da qorxulu virus peyda olub. 

ANS PRESS-in məlumatına görə, Nigeriyanın cənub-şərq hissəsində müəmmalı virus ortaya çıxıb. 

Virus görmə qabiliyyətinin itirilməsinə, baş ağırısına və ürəkgetməyə səbəb olur. 

Virus son 3 gündür ki, yayılıb və artıq 18 nəfərin həyatına son qoyub. Virusa yoluxan insan 24 saat ərzində dünyasını dəyişir.

Ondo ştatının həkimləri bildiriblər ki, virus mərkəzi sinir sistemini iflic edir. Yoxlamalar bunun Ebola virusu olmadığını göstərib.

Xəbər lenti