Ölkədə keçiriləcək bələdiyyə seçkilərinə 2 gün qalıb. Bu səbəbdən də bütün diqqətlər seçki prosesinin necə aparılmasına yönəlib.

Bu günlərdə Azinform.az saytı olaraq, Bakının Nərmanov rayonunda fəaliyyət göstərən 20 saylı DSK haqda məlumat vermişdik. Həmin xəbərdə bildirilirdi ki, 20 saylı DSK-sının katibi Quliyev Ələkbər eyni zamanda özəl şirkətlərdən birində işləyir və həmin yerdən əmək haqqı alır. Sözügedən şəxs redaksiyamızla əlaqə saxlayaraq məlumatın doğruluğunu təsdiqləmişdi. Ələkbər müəllim əməkdaşımızla söbətində bildirib ki, o, DSK katibi olmaqla yanaşı, eyni zamanda «Azpetrol» şirkətində çalışır və bunun qanunvericiliklə ziddiyyət təşkil etmədiyini deyib. Təəssüflər olsun ki, bu məsələdə qanunvericiliyin kimin tərəfində olması ilə bağlı MSK-ya ünvanladığımız sorğuya hələ də cavab verilməyib.

Qeyd edək ki, həmin yazıdan sonra Azinform.az-a namizədliyi qeydiyyata alınan şəxslərdən biri tərəfindən maraqlı məlumat verilib. Məlum olub ki, 20 saylı DSK-nın katibi Ələkbər QuliyevNərimanov rayon İcra Hakimiyətinin başçısının birinci müavini  Şahmar İbadovun çox yaxın qohumudur. Buna sözümüz yoxdur, ancaq məsələnin başqa maraqlı tərəfi var. İş burasındadır ki, başçının birinci müavininin doğma qardaşı Firdovsi İbadov da, həmin seçki dairəsindən namizəd kimi qeydiyyata alınıb. Deməli, həmin namizəd də, Ələkbər Quliyev yaxın qohum olur.
Bu qanunvericilyə uyğundurmu?

Həmin dairədən namizədliyi qeydiyyata alınan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu Azinform.az-a açıqlamasında bunun qanunvericiliklə ziddiyyət təşkil etdiyini bildirib. Onun sözlərinə görə, ya həmin adamın namizədliyi ləğv edilməlidir, ya da ki, namizədlə yaxın qohumluq əlaqəsinə malik olan DSK katibi vəzifəsindən istefa verməlidir: «Biz bunu araşdırıb daha yuxarı instansiyalara məlumat verəcəyik. Bu hal kecən seçkilərdə də yaşanıb. Böyük qanun pozuntusudur».

Bu halla bağlı qanunvericiliyin tələbini nəzərə çatdırırıq:

Maddə 22. Seçki
komissiyası üzvünün statusu
22.1.
Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüləri,
namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədi irəli sürmüş siyasi
partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının
səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki
komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış
namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat
yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar,
valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar,
nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki
komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya
əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş
şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə
bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan
tərəfindən təsdiq edildikdə, seçki komissiyasının üzvünü bu Məcəllənin 19.7-ci
maddəsində göstərilən əvəzedici üzv əvəz edir. (Bu maddədə nəzərdə tutulmuş
qohumluqla əlaqədar (yaxın qohumlar istisna olmaqla) qadağalar bu Məcəllənin
36.7-ci maddəsində göstərilən qaydada seçicilərin sayı 100-dən az olan və
50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki
komissiyalarının üzvlərinə şamil edilmir.). Seçkilərin nəticələri rəsmi
elan olunduqdan sonra qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti
xitam verilmiş komissiya üzvlərinin səlahiyyəti bərpa olunur. Onların əvəzinə
təyin edilmiş komissiya üzvünün səlahiyyət müddəti yerlərinə təyin edildikləri
şəxslərin fəaliyyət göstərə bilmədikləri dövrlə məhdudlaşdırılır.

Movzunu diqqətdə saxlayacayıq…

Xəbər lenti