Marneuli Bələdiyyəsinin ictimai məktəblərində on ikinci sinif şagirdləri üçün “Son Zəng” çalındı.

Teleqraf.az-ın məlumatına görə, məktəbin bitirilməsinə həsr olunmuş bayram tədbirlərində hər kəsin üzü gülür məzunları təbrik edirdilər. Bu təbriklərə Marneuli Bələdiyyəsinin İcra Başçısının müavinləri Zaur Tabatadze, Temur Beridze və Təhsil Ehtiyat Mərkəzinin rəhbəri Ruslan hacıyev, mərkəzin nümayəndələri də qoşuldu.

Xüsusi ilə bu gün üçün məktəb şagirdləri şerlər, musiqi parçaları, səhnəciklər nümayiş etdilər.

Tədbirin sonunda Yerli Hakimiyyət nümayəndələri, məzunlara məktəbin müvəffəqiyyətlə bitirmələri münasibəti ilə təbrik edərək, uöurlar arzuladılar.

Xəbər lenti