Lənkəranda bədbəxt hadisə baş verib. 63 yaşlı rayon sakinini qatar vuraraq öldürüb.

ANS PRESS-in məlumatına görə, rayonun Göyşaban kənd sakini, 1952-ci il təvəllüdlü Akif Şükür oğlu Əliyev kənd ərazisindən keçən dəmir yol xəttini keçmək istəyərkən qatar onu vurub. Yaralı ağır bədən xəsarətləri ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Akif Əliyev xəstəxanada dünyasını dəyişib.

Hadisəyə səbəb havanın dumanlı olması, bu səbəbdən də 63 yaşlı kişinin gələn qatarı görməməsi olub.

Xəbər lenti