Xəzər dənizində daha bir nəfər ehtiyatsızlığın qurbanı olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.az-a verilən xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı, nəzarətsiz ərazidə) 1998-ci il təvəllüdlü  Bədəlova Leyla Elşad qızının suda batması haqqında məlumat daxil olub. L.Bədəlovanın cəsədi “Nərdaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.    Əməliyyat saat 23:30-da başa çatıb.

Xəbər lenti