Neftçala rayon sakini Elvin Hüseynli dənizdə çimərkən boğulub.

Teleqraf.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə  avqustun 1-də Neftçala rayonunun Şirvanlı kəndinin ərazisində baş verib. Onun meyiti sudan çıxarılıb.   Digər boğulma hadisəsi isə Şamaxı rayonunun Nağaraxana kəndində qeydə alınıb. Bakı şəhər sakini Şamil Məmmədov avqustun 1-də kəndin ərazisindəki göldə çimərkən boğulub.   Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Füzuli rayon sakini Saleh Sadıqov çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Xəbər lenti