Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Marneuli sakini Elşən S. Tiflisdə saxlanılıb.

Oxu.az Gürcüstan DİN-in məlumatına istinadla xəbər verir ki, polis əməkdaşları saxanılan şəxsin üzərindən 25,7249 qram olan üç heroin paketi aşkar ediblər. Saxlanılan şəxs günahını etiraf edib.

Faktla bağlı narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması maddəsi üzrə cinayət işi açılıb.

Xəbər lenti