Səudiyyə Ərəbistanı HHQ-nin F-16 qırıcısı Yəmənin paytaxtı Səna yaxınlığında vurulub.

  ANS-in məlumatına görə, bu barədə yerli "Yemen Post" qəzeti öz tvitter səhifəsində bildirib.   Nəşrin məlumatına görə, qırıcının pilotu tapılmayıb. Husilər təyyarənin düşdüyü yerdə 2 partlamamış bomba tapıb.   Nəşr eləcə də hadisə yerindən şəkillər də yayıb. Şəkillərin birində təyyarənin yanan hissələri, digərində isə qırıcının “Səudiyyə Ərəbistanı krallığının Hərbi Hava Qüvvələri” yazılan hissəsi göstərilir.   Qırıcının düşməsi barədə rəsmi məlumat hələ ki, yayılmayıb. 

Xəbər lenti