BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yanğın baş verib. 

Teleqraf.az-ın  APA-ya istinadən verdiyi  məlumatına görə, yanğın binanın suvenir mağazaları olan mərtəbəsində qeydə alınıb.  

 Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım briqadaları gəlib.  

Yanğının qarşısı 1 saat ərzində alınıb. Yanğın BMT-nin Yanğın Əleyhinə Xidməti və Nyu-York Yanğınsöndürmə İdarəsinin səyi nəticəsində söndürülüb.

BMT-nin mətbuat xidmətinin əməkdaşı Vanina Maestraççi (Vannina Maestracci) bildirib ki, ilkin versiyaya görə, yanğında qısaqapanma səbəb olub.

Onun sözlərinə görə, yanğın nəticəsində və yanğının söndürülməsi zamanı hadisə baş verən mərtəbəyə müəyyən zərər dəysə də, mənzil-qərargah martın 23-dən normal fəaliyyətini davam etdirəcək.

Qaydaya görə, bazar günü BMT-də istirahət günü sayılır. Lakin marın 22-də mənzil-qərargahda BMT Təhlükəsizlik Şurasının Yəməndəki hadisələrə həsr olunmuş növbədənkənar iclası keçirilib.

 

Xəbər lenti