Türkiyədə PKK üzvləri yenə fəallaşaraq küçələrə axışıb. 

Müsavat.com-un məlumatına görə, PKK-çıların aksiyalarının qarşısında Öcalanın çağırışı belə keçərsiz qalıb.  

Şırnak vilayətinin Silop rayonunda ən böyük küçəni bağlayan PKK-çılar keçən maşınları saxlatdıraraq sənəd istəyib. Küçənin ortasında təkər yandıran PKK-çılara polislər müdaxilə edib. Aksiyaçılar polislərin maşınına “Molotov kokteyli" atıb. Polislər isə bu hücuma bibər qazı ilə qarşılıq verib.  

“Molotov kokteyli" ilə yandırılan maşını polislər su şırnağı ilə söndürüb.  

Qeyd edək ki, Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalan 15 yanvarda PKK-çılara müraciət ünvanlayaraq yolkəsmə, yanğıntörətmə kimi aksiyalara son qoymağa çağırmışdı. 

Xəbər lenti