Bu ilin iyunun 7-də Türkiyədə keçirləcək parlament seçkilərindən əvvəl millət vəkili olmaq istəyən dövlət məmurlarının istefası gözlənilir. 

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, istefası gözlənilən mühüm dövlət postunu tutanlardan biri də ölkənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidandır.

Qanunvericiliyə görə, milət vəkili seçilmək istəyən dövlət məmurları fevralın 10-a dək istefa ərizələrini təqdim etməlidirlər.

Verilən məlumatlarda göstərilir ki, H.Fidan seçkilərədək baş nazir Əhməd Davudoğlunun müşaviri vəzifəsində çalışacaq. Seçkilərdən sonra isə H.Fidanın xarici işlər naziri postuna gətiriləcək.

Hələ ki, son qərarını verməyən H.Fidanın namizədliyinə Əhməd Davudoğlunun da müsbət yanaşdığı qeyd edilir.

Xəbər lenti