Həbs edilmiş jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə bu gün növbəti məhkəmə iclası keçiriləcək. 

Mirqədirovun vəkili Elmar Süleymanov bu barədə məlumat verib.

Vəkil bildirib ki, iclas saat 12:00-da Nəsimi Rayon məhkəməsində keçiriləcək: “Hakim Elman Sarıyevin sədrliyi ilə Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması zamanı məhkəmə iclas protokolunda yol verilmiş nöqsanların müzakirəsi olacaq”.

Qeyd edək ki, R.Mirqədirov dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Xəbər lenti