Hər yeni sevgi

Hər yeni  sevgi  daha  unutqan,  daha  az  əzablı,

hər  yeni sevgili  də 
daha  az  sadiq,

hər  yeni  sevgi  daha  zövqsüz,  nəşəsiz,
Hər yeni sevgili daha çox yorucu,
hər yeni sevgi daha ecazkar deyə 
düşünmək istərəm, alınmır amma,
uşaq deyiləm,bilirəm gerçək olmadığını,

hər yeni sevgi daha az qayğı, daha çox kədər,
hər yeni sevgili daha çox vəfasız,
hər yeni sevgi daha çox şərab, daha böyük tənhalıq
hər yeni sevgi daha çox tərk edilmək,
yad qadın qoynunda sevgi axtarmaq.

hər yeni sevgili daha çox siqaret tüstüsündə boğulmaq,
hər  yeni  sevgi  daha  az  ümid, daha  çox  əsəb,
hər yeni  sevgili  daha  az  xoşbəxt  olmaq ,
daha  çox  intihar  həvəsi, 
hər yeni  sevgi  ölüm hökmü  oxuyan  cani.

hər  yeni sevgi  daha  çox  şərab,
daha  böyük tənhalıq

Nicat Həşimzadə

Xəbər lenti