Bakıda polis əməkdaşı yol qəzasında ölüb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis baş serjantı, 1977-ci il təvəllüdlü Rüstəm Eldar oğlu  Mürsəlov idarə etdiyi 90- AP- 050 nömrə nişanlı, "KİA" markalı avtomobilİ "DAF" markalı qoşqulu yük avtomobilinə çırpıb. Nəticədə R.Mürsəlov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Polisdən R. Mürsəlovun 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin sürücüsü olduğu və həmin nəqliyyat vasitəsinin xidməti avtomobil olduğu bildirilib.

Xəbər lenti