Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.az-a verilən məlumata görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə,  mətbəxinin lambirdən ibarət tavanı 6 kv.m sahədə və  2 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Xəbər lenti