Yaponiya hakimiyyəti müəyyənləşdirib ki, şənbə günü Naqano prefekturasında baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 57 yox, 39-dur.

ANS PRESS-in məlumatına görə, zərərçəkənlərdən yeddisi ağır yaralar alıb. Daha çox evlər dağılıb və mebellər zay olub. 

Bəzi yaşayış məntəqələrində su kəmərləri işləmir, evlərə su sisternlərdə çatdırılır. Zəlzələnin episentri düşən rayonda minə yaxın insan evlərini ataraq gecəni təxliyyə məntəqələrində keçirib.

Rayonda hələ də afterşok titrəmələr davam edir. Metereoloqların proqnozuna görə, bu titrəmələr hələ bir həftə davam edəcək. Bununla əlaqədar sürüşmə və dağ uçqunlarının baş verməsi riski artır. 

Daha əvvəl xəbər verilmişdi ki, Naqano prefekturasında 6,8 bal gücündə zəlzələ baş verib. Sunami təhdidi yoxdur.

Xəbər lenti