Rusiya artıq Moldovada hakimiyyətə gətirəcəyi adamların adını müəyyən edib.

 Bu açıqlama ilə rusiyalı ekspert Vitali Kılçik çıxış edib. O, Moldova baş tutacaq növbəti parlament seçkilərində Moskvanın müxtəlif yollarla bu adamları Kişinyovda hakimiyyətə gətirməyə çalışacağını bildirib:

“Moskva artıq öz yatırımlarını edib. Nəzər yetirsəniz, görərsiniz ki, Moskva bir müddət öncə Moldova Sosialistlər Partiyasının rəhbəri İqor Dodonu qəbul etdi. Kremldə onunla mötəbər qonaq kimi davranıldı. Eləcə də Dodon rus telekanallarında da tez-tez peyda olur. Moldovadakı “Kreml partiyasının” üzvləri sırasında Qaqauziyanın başqanı Mixail Formuzalanın da adı yer alıb. Son illər ona göstərilən dəstək sübut edir ki, Formuzala Moskvanın bölgədə ən etibarlı partnyorudur. Moskvanın gücünü alan başqa qüvvələr də var ki, onlar da burada mühüm rol oynayırlar. “Kreml partnyorları”nı birləşdirən bir şüar var. Bu, “Gömrük İttifaqı üçün” şüarıdır. İstər Formuzala, istərsə də Dodonun partiyasının arxasında əminliklə söyləmək olar ki, Rusiya dayanır”.

Axar.az

Xəbər lenti