Bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Sessiyada aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müzakirə edilib.

Teleqraf.az Sozcu.az-a istinadən  xəbər verir ki, 3 saatdan artıq davam edən müzakirələrdən sonra Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını da açıqlayıb.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavatın prezidentliyə namizədi İsa Qəmbər əliyev hakimiyyətinin tezliklə tarixin arxivinə göndəriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti