İsa İbrahim Arslan

Tarix üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universiteti

I Dünya müharibəsinin sonu Osmanlı imperiyasının süqutunun əsasını qoydu.        Antanta dövlətləri ilə bağlanmış Mudros sülhü ilə Osmanlı imperiyası rəsmən müharibədən çıxsa da, bu müqavilə nəinki ölkəni bəladan qurtarmadı, hətta onu daha da ağır duruma saldı.   Müttəfiqlər müqavilənin imzalanmasından az bir müddət sonra Osmanlı imperiyasını aradan qaldırmağı qərara aldılar.  Sultan VI Mehmet və onun hökuməti müttəfiqlərin əlində oyuncağa çevrildi. Barışıqdan sonrakı ilk altı ay ərzində İngiltərə öz qoşunlarını yeridib Anadolunun cənub-şərq hissəsini, Fransa ilə birlikdə Şərqi Frakiya və Qara dəniz boğazları zonasını işğal etdi. Həmçinin Ingilis hərbi qüvvələri bir neçə gün sonra Mudros müqaviləsinin 7-ci maddəsini əsas tutaraq Mosulu işğal etdi. Osmanlı dövlətində işğalçılara qarşı kəskin etiraz əhval-ruhiyyəsi gündən-günə dərinləşir və kəskinləşirdi. Belə bir mürəkkəb siyasi şəraitdə Mustafa Kamal 28 may 1919-cu ildə gizli bir yazı yayınlayaraq işğal altına alınmış torpaqları azad etmək, imperiyanı dağıdaraq bütün Türkiyəni parçalayıb bölüşdürmək istəyən qüvvələrə qarşı türk millətini birləşməyə və istiqlal mübarizəsinə çağırdı. Beləlkilə, Anadoluda xarici işğalçılara qarşı qurtuluş savaşı başladı. Bu qurtuluş savaşı dövründə qurulacaq Türkiyə Cumhuriyyətinin ərazisi, siyasi hüdudları olduqca vacib məsələlərdən biri idi. Bu məqsədlə 1920-ci ilin 28 yanvarında İstanbulda toplanan Osmanlı Məclisi (Meclisi Mebusan) Atatürkün rəhbərliyi ilə hazırlanmış Türk Qurtuluş savaşının “Siyasi manifesti”ni qəbul etdi. Osmanlı dövlətinin süqutundan sonra yaradılacaq Türk Dövlətinin siyasi xəritəsini müəyyən edən və Türkiyə Cumhuriyyətinin gələcək siyasi mövcudluğunun təminatı olan bu qərar tarixdə “Misak-ı Milli” (“Milli And”) adlanır.

Anadolu Qurtuluş Savaşının lideri Qazı Mustafa Kamal Paşa Atatürk 1919-cu il iyunun 21-də Amasiya xalqına müraciət etməklə yenə türk millətini birliyə, bütünlüyə və mübarizəyə dəvət etdi. Yaranmış vəziyyət və baş vermiş hadisələr nəticəsində Mustafa Kamal paşa 7 iyul 1919-cu ildə tutduğu vəzifədən istefa etdiyini hökumətə bildirdi. Hərbi vəzifəsindən istefa verdikdən sonra Ərzurumluların arzusu ilə “Şərq vilayətləri müdafiə hüququ milli cəmiyyəti”nin Ərzurum şöbəsinin idarə heyətinə sədr seçildi. Ərzurum Konqresi 23 iyul 1919-cu ildə toplandı. Konqres bir təsis məclisi kimi 14 gün fəaliyyət göstərdi və 7 avqust 1919-cu ildə bir bəyannamə dərc etdirərək işini yekunlaşdırdı.

Ərzurum Konqresində Türkiyənin gələcəyini və torpaq bütünlüyünü müəyyən edən 10 maddədən ibarət “Bəyannamə” qəbul edildi. Bu “Bəyannamə”nin II maddəsində Osmanlı dövlətinin torpaq bütünlüyünün vacibliyi bir daha qeyd olunurdu: “ II maddə: Osmanlı vətəninin bütövlüyünün və müstəqilliyinin təmini, səltənət və xilafətin qorunması üçün milli qüvvələri əsas olaraq milli iradəyə hakim etmək vacibdir”. Ərzurum Konqresində qəbul edilən “Bəyannamə” Türkiyənin gələcəyi üçün əhəmiyyətli rəsmi sənəd olan “Misak-ı Milli” bəyannaməsinin hazırlanmasında hüquqi baza oldu.

“Misak-ı Milli”-'nin ana xəttləri Ərzurum Konqresi (22 iyul - 7 avqust 1919) və Sivas Konqresində (4-11 Sentyabr 1919) müəyyən olunmuşdur.

Sivas Konqresinin tələbləri istiqamətində Osmanlı hökuməti 11 Sentyabrda ümumi seçki qərarı aldı. Noyabr ayında keçirilən seçkilərdə Anadolunun hər vilayətində Müdafiə  Hüquq Cəmiyyətinin göstərdiyi namizədlər qələbə qazandı. Məclisə seçilən namizədlər dekabr ayı və 1920-ci ilin yanvar ayının ilk günlərində  iki üç nəfərlik qruplar halında Ankaraya gələrək Mustafa Kamal Paşa və Heyət-i Temsiliye (Təmsil Heyəti) üzvləri ilə görüşdülər. Misak-ı Milli”nin mətni bu müzakirələrdə tam hazırlandı. Heyət-i Temsiliye üzvləri tərəfindən imzalanan mətn, Trabzon nümayənsədi Xosrov Sami bəy vasitəsilə İstanbula göndərildi.

12 yanvar 1920-ci ildə İstanbulda öz işinə başlayan Osmanlı Məclisi, idarəetmə orqanlarını seçdikdən dərhal sonra “Bəyənnamə”ni müzakirəyə çıxardı. Məclisin 28 yanvarda keçirilən qapalı iclasnda "”Milli And” Bəyannaməsi qəbul edildi. Bu “Bəyannamə” Anadolu qurtuluş savaşının əsas qayəsini təşkil edən siyasi və hüququ sənəddir. “Milli And”ın (“Misak-ı Milli”) birinci maddəsində Kərkükün də daxil olduğu Mosul bölgəsinin siyasi və hüquqi vəziyyəti əks olunmuşdur: “Maddə 1. Osmanlı dövlətinin, xüsusilə ərəblərin əksəriyyətinin yaşadığı, 30 oktyabr 1918-ci ildə Mondros Müqaviləsinin bağlandığı dövrdə düşmən ordularının işğalı altında olan ərazilərin (o dövrdə Hatay və Mosul bölgəsi Türk suverenliyi altında idi) gələcəyi, orada yaşayan xalqların sərbəst şəkildə verdiyi səsvermə qərarına uyğun olaraq müəyyən edilməlidir”.

Bu maddə qeyd olunduğu kimi Mosul bölgəsinin siyasi və hüquqi vəziyyətini böyük dövlətlər deyil, Osmanlı nəzarətində keçirilən əhalinin səsverməsi həll edəcəkdir.

Mustafa Kamal Paşa, 1 May 1920-ci ildə və 30 yanvar 1923-cü il tarixi çıxışlarında Mosul vilayəti də daxil olmaqla Misak-ı Milli sərhədlərinin hüdudlarını göstərmişdi: "Bu hudud İskəndərun körfəzinin cənubundan, Antakyadan, Hələb ilə Katma məntəqəsi arasında Cerablus körpüsünün cənubunda Fərat çayına çatır. Oradan Deyrizora enər, oradan şərqə uzadılaraq Mosul, Kərkük və Süleymaniyəni içinə alır".

1923-cü il iyul ayının 24-də Türkiyə ilə Antanta dövlətləri arasında bağlanan Lozanna sülh müqaviləsi Mosul bölgəsinin siyasi statusunu müəyyən edə bilmədi. Lozanna konfransında Türkiyə tərəfi Mosul və Kərkükün “Misak-ı Milli” hüdudları daxilində olduğunu əsas gətirərək bu əraziləri ingilislərdən tələb etsə də İngilotərə bununla razılaşmadı.

Lozanna müqavilənin üçüncü maddəsinə görə, “ Türkiyə ilə İraq arasında sərhəd bu müqavilənin qüvvəyə minməsindən başlayaraq doqquz ay müddətində İngiltərə ilə Türkiyə arasında aparılan danışıqlar nəticəsində müəyyən olunacaqdır. Bu müddətdə razılıq əldə olunmazsa bu məsələ Millətlər Cəmiyyəti Məclisində müzakirə olunacaqdır. Sərhəd xətti məsələsində son qərar verilənə qədər Türk və İngilis hökumətləri sərhəd dəyişikliyinə səbəb olacaq hərbi və digər hərəkətlərə yol verməməyi öz üzərinə götürürdü”.

Bu razılaşmaya uyğun olaraq Mosul məsələsi 1924-cü ildə İstanbulda Haliç konfransında müzakirə olundu. Lakin İngilis hökumətinin yersiz iddiaları səbəbindən Mosulun gələcək taleyi həll edilməmiş qaldı.

1926-cı ildə Mosul sorunu Millətlər Cəmiyyətində müzakirə olunsa da konkret qərar qəbul edilmədi. Nəhayət, 1926-cı ilin iyun ayının 5-də Ankarada Türkiyə hökuməti ilə İngilis hökuməti arasında bağlanan müqaviləyə görə, İraqın ərazi bütövlüyü çərçivəsində,

-Mosul vilayəti Iraqa aid olacak.

-Türkiyə və Irak arasındaki atəşkəs xəttini müəyyən edən Brüssel Xətti sərhəd olaraq qəbul ediləcək,

-Iraq hökuməti Mosuldan əldə eytdiyi neft gəlirinin 10%-ni 25 illik bir müddətdə Türkiyəyə verəcək. Qeyd edək ki, Türkiyə 4 il müddətində bu pulu İraq hökumətindən almış, 21 illik haqqını isə beş yüz min funt sterlinqə İngiltərə hökumətinə satmışdır.

Hal-hazırda İraqda baş verən hərbi-siyasi hadisələr fonunda İraqın ərazi bütövlüyünün pozulması səbəbindən Türkiyə hökuməti Ankara müqaviləsinin şərtlərinə uyğun olaraq, Mosul və Kərkükə müdaxilə etmək haqqını özündə saxlayır.

 

 

 

 

 

                                   

 

Bölməyə aid digər xəbərlər

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti