Ordunun hökumətə tabe etdirilməsi mərkəzi hakimiyyəti gücləndirəcək

 Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bir çox səlahiyyətləri əlindən alınıb. Ali Hərbi Şuranın toplantısında qəbul olunan qərarlara əsasən Quru, Dəniz və Hava qüvvələri komandanlıqları hökumətə, daha dəqiqi Milli Müdafiə Nazirliyinə tabe etdirilib. Artıq qərar qüvvəyə minib və “Rəsmi qəzet”də dərc olunub.

Bununla da faktiki olaraq Türkiyə ordusunun Baş Qərargahı səlahiyyətlərinin böyük bir qismini itirmiş olur. Yeri gəlmişkən, bundan əvvəl Jandarma Komandanlığı və Sahil Mühafizə Qüvvələri Daxili İşlər Nazirliyinə tabe etdirilib. İslahatlar hərbi birləşmələrlə yanaşı təlim, təchizat və təhsil sahəsini də əhatə edib. Belə ki, Gülhanə Hərbi Tibb Akademiyası Səhiyyə Nazirliyinə tabe etdirilib, Baş Qərargaha tabe olan bütün hərbi liseylər və məktəblər qapadılıb. Son AHŞ toplantısında verilən qərarla Milli Müdafiə Nazirliyi tərkibində Milli Müdafiə Universiteti yaradılıb, gözlənilir ki, qapadılan məktəblər yeni universitetin tərkibində fəaliyyət göstərəcək.

Qeyd edək ki, ordunun hökumətə bağlanacağı haqda açıqlamaları daha əvvəl baş nazir Yıldırım və prezident Ərdoğan da bildirmişdi. Rəcəb Tayyib Ərdoğan hərbi birləşmələrin Müdafiə Nazirliyinə, Baş Qərargah və Milli Kəşfiyyat İdarəsinin isə prezidentə tabe etdiriləcəyini bildirmişdi. Son dəyişikliklərdən sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı əsas səlahiyyətlərini demək olar ki, itirib. Qoşun komandanlıqları, Tibb Akademiyası və hərbi təhsil müəssisələri, o cümlədən jandarma və sahil mühafizəsi alındıqdan sonra Baş Qərargahın əlində yalnız təchizat, planlanma və bir sıra hərbi hissələr və vəzifələr qalır ki, bu da əvvəlki statusu ilə müqayisədə qat-qat kiçilmədir. Daha bir gözlənilməz yenilik isə ilk dəfə olaraq Ali Hərbi Şuraya mülki şəxslərin üzv qəbul olunmasıdır. Beləliklə, artıq yeni dövrdə baş nazir və prezident birbaşa, Baş Qərargahın başı üzərindən qoşun komandanlıqları ilə əlaqə saxlayıb onlara əmr verə, eləcə də bilgi almaq səlahiyyətinə malik olacaqlar. Baş Qərargah isə daha çox əməliyyat planlanması, formal hərbi tədbirlərin, toplantıların, səlahiyyətində olan qərar və göstərişlərin hazırlanması, orduda hərbi hazırlığın, təlimin təşkil olunması kimi ənənəvi qərargah fəaliyyətlərini həyata keçirəcək.

Ancaq məlum olduğu kimi, Türkiyə ordusunun Baş Qərargahı 15 iyul qiyamına qədər daha böyük səlahiyyətlərə malik idi. Ordu Baş Qərargahı ölkənin bütün hərbi qüvvələrinə rəhbərlik edir, hərbi təhsil, səhiyyə, təminatını özü həyata keçirirdi. Bundan başqa Baş Qərargah və qoşun komandanları ilə birlikdə formalaşan Ali Hərbi Şura müəyyən mənada müstəqil bir qurum olaraq siyasi hakimiyyətlə heç bir bağlı olmayan bir qurum idi. Məhz bu səbəbdən də hökumət ordunun işinə çox zaman müdaxilə edə bilmir, bir çox məsələlərdə ordu generalları ilə hesablaşmağa məcbur olurdu. Türkiyə tarixində uzun bir dövrdə ordu generalları siyasi hakimiyyət üzərində ən ciddi təzyiq vasitəsi olub.

Ancaq bu sistem artıq dəyişdirilir. Türkiyə ordusu digər ölkələrdə olduğu kimi, hökumətin tabeliyində fəaliyyət göstərəcək. Əslində bu, daha əvvəl Avropa Birliyinin Türkiyədən tələblərindən biri idi. Ordu hökumətin tabeliyində fəaliyyət göstərməli idi. Ancaq məsələ ondadır ki, Türkiyədə uzun illər ordu ayrıca bir institut kimi fəaliyyət göstərib və ölkədə dünyəvi dövlət sisteminin, Atatürk ideyalarının müdafiəçisi rolunda çıxış edib. Türk ictimai rəyində, xüsusən də dini camiədə hər nə qədər generallar yadlaşdırılsa da, Türkiyə dövlətinin ərazi bütövlüyü, daxili sabitliyi və gücünün əsas təminatçısı ordu idi. Bu səbəbdən də siyasi hakimiyyətlər, o cümlədən dərin dövlət bürokratiyası hər zaman ordunun bu şəkildə güclü və siyasi hakimiyyətin təsirindən uzaq qalmasına şərait yaradıb. Ancaq son illərdə bu istiqamətdə ciddi dəyişikliklər baş verib güclü hökumət fonunda generalitet kölgədə qalıb. Baxmayaraq ki, “Ergenekon” və “Balyoz” məhkəmə proseslərindən sonra da ordu müəyyən mənada nüfuzunu yenidən bərpa etmişdi. Son uğursuz çevriliş cəhdindən sonra isə hakimiyyət ordu ilə bağlı planlanan islahatları başa çatdırdı.

Belə bir fikir var ki, qeyri-sabit Yaxın Şərq ölkələrində milli dövlətlərin ayaqda qalmasının əsas təminatçılarından biri güclü və siyasi hakimiyyətdən məsafəli olan ordudur. Misirdə, Türkiyədə, İranda dövlətin əsas dayağı və sabitliyin təminatçısı güclü ordudur. Ancaq Türkiyə cəmiyyətində bu mövzulara birmənalı yanaşma yoxdur. Siyasi hakimiyyət və tərəfdarları mərkəzi hakimiyyətin güclənməsi, ordunun dövlət hakimiyyətinin, seçilmiş siyasi iqtidarın tabeliyində fəaliyyət göstərməli olduğu fikrini müdafiə edirlər. Son hadisələrdən sonra hökumət bu addımı reallaşdırdı. Bunun Türkiyə cəmiyyətinə təsirini isə yaxın zamanlarda öyrənə biləcəyik.

Musavat.com 

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti