Avropa Şurası bu yaxınlarda bir hesabat dərc etdi. Hesabatda Çin və Rusiyanın Mərkəzi Asiyaya, o cümlədən Qazaxıstana ekspansiyasının qarşısının alınmasından söhbət gedirdi.

Hesabatın müəllifləri Mettyu Dyuşatel, Fansua Qodeman, Kadri Liik, Jeremi Şapiro, Luiza Slavkova və Anjel Stanzel idi. Hesabatın əsas mesajı odur ki, Rusiya və Çinin cəhdlərindən qorxmaq lazım deyil. Qeyd edilir ki, Avropa böyük bazarın mövcudluğu və “yumşaq güc” kimi üstünlüklərindən istifadə edərək Çin və Rusiyanın Mərkəzi Asiyadakı təşəbbüslərini yəhərləməlidir.

Publika.az “365info.kz” saytına istinadən xəbər verir ki, hesabatda Avrasiya İqtisadi İttifaqının Moskvanın liderliyi altında yeni siyasi blokun rəsmiləşdirilməsi üçün yaradıldığı bildirilir.

Bu günə kimi Avropa sözügedən layihəni, həmçinin “Bir zolaq – bir yol” layihəsini dünya geosiyasəti üçün arzu edilməyən hesab etsə də, ondan müəyyən məsafədə dayanırdı. Hesabatın müəllifləri bu yanaşmanı səhv hesab edirlər. Onların fikrincə, bu strategiya Rusiya və Çini sadəcə bir-birinə daha yaxın olmağa itələyə bilər və onlar Avropa üçün təhlükə yaradacaqlar.

Hesabatın müəllifləri Qazaxıstanın Asiyaya açar olduğunu bildirir və qeyd edirlər ki, Mərkəzi Asiyada yeni rolu oynamaq üçün Avropa regionun əsas dövlətləri ilə. xüsusilə Qazaxıstanla münasibətləri dərinləşdirməlidir.

“Avropa Birliyinin bazarları bu ölkələrə lazımdır. Onlar Avropaya Rusiya və Çinin nəzarətindən çıxmaq üçün ümidlə baxırlar. Avropa elə etməlidir ki, heç bir ölkə regiondan enerji resurslarlarının ixracı marşrutlarına tək nəzarət etməsin. Bunun üçün Avropa dövlətləri, həm də Avropa Birliyinin idarəetmə orqanları “Bir zolaq – bir yol” kimi layihələrə sərmayə qoymalıdır (Çin lideri Si Szinpin 2013-cü ilin sentyabrında Astanadakı çıxışı zamanı “Bir zolaq - bir yol” layihəsini elan edib –red.) İnvestisiyalar Avrasiya İqtisadi İttifaqı və Çinin inteqrasiya təşəbbüsləriilə əməkdaşlıq üçün yeni mexanizmlərlə əlavə edilməlidir”, - hesabatda bildirilib.

Müəlliflər qeyd edirlər ki, Avrasiya inteqrasiyası uzaq perspektivli məsələdir: “Rusiya və Çin problemləri kifayət malikdir və bir-biri ilə rəqabət aparırlar. Amma istənilən bölgü zamanı Mərkəzi Asiyada Avropa Birliyi üçün əsas ölkə Qazaxıstan olacaq”.

Bütün ideyaların Qazaxıstanın ətrafında dövr etdiyini qeyd edən hesabatın müəllifləri Avrasiyada inteqrasiya proseslərini udmağın və Rusiya ilə Çini cilovlamağın yollarını göstərirlər:

- Regional sabitlik iqtisadi sabitlikdən asılıdır. Qazaxıstan və bütün Mərkəzi Asiya Rusiyadakı iqtisadi sarsıntılardan və Çin iqtisadiyyatının artım sürətinin azalmasından əziyyət çəkir. “Bir zolaq - bir yol” layihəsinin detalları aydın və birmənalı göstərilməyib. Qazaxstanlılar üçün layihə konkret iş planı deyil, ehtimal ki, hansısa fəlsəfə konsepti kimi görünür. Avropa Birliyi bundan istifadə edərək, layihədə öz yerini rəsmiləşdirə bilər.

- Avropa regionun respublikaları arasında mühərrik və bağlayıcı vasitə kimi Qazaxıstandan istifadə edərək Mərkəzi Asiya ilə ticarəti və əməkdaşlığı inkişaf etdirməlidir. Bu çox zaman ikitərəfli müqavilələrə və münasibətlərə üstünlük verən Çin və Rusiyanın strategiyalarına zidd olacaq.

- Avropa Birliyi regionda Rusiyanın hərbi baxımdan güclənməsini diqqətlə müşahidə etməlidir.

- Avropa Birliyi Qazaxıstanda elm və texnologiyaların inkişaf etdirilməsinə kömək edə bilər. Astana regional innovasiya-texnologiya mərkəzi roluna iddia edir.

- Avropa Birliyi Rusiya və Çinin təşəbbüslərinin müzakirələrinə Qazaxıstan ictimaiyyətinin cəlb edilməsi ideyasını dəstəkləməlidir.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

Xəbər lenti