Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrı-ayrılıqda görüş keçirəndən sonra elan etdilər ki, hər iki tərəf prezidentlərin Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli danışıqlara başlamaq üçün iyun ayında görüşmək niyyətini təsdiqləyib. Prezidentlərin iyun ayında yenidən görüşməsinə dair razılaşma Vyanada mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş, 4 günlük müharibədən sonra tərəflərin ilk dəfə masa arxasına keçdikləri 3+2 formatında görüşdə əldə edilmişdi.

 Prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın iyun görüşünün yeri və formatı hələ məlum deyil. Bununla belə güclü ehtimallar var ki, görüş Parisdə baş tutacaq. Həmsədrlərin birgə bəyanatla çıxış etməsi ərəfəsində Rusiya və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub, tərəflər Qarabağ münaqişəsi ətrafındakı situasiyanı müzakirə ediblər.

Ola bilsin ki, bu görüşdə də həmsədr ölkələrin xarici işlər nazirləri iştirak etsin. Çünki tərəflər danışıqlar masası arxasına qayıtmağa hazır olsalar da vəziyyət olduqca gərgindir, kifayət qədər əsəbi atmosfer hökm sürür və belə vəziyyətdə vasitəçi ölkələr danışıqların bərpası üçün yüksək səviyyədə diplomatik təzyiqləri davam etdirməlidir.

Beləliklə, tərəflər uzun fasilədən və 4 günlük döyüşlərdən sonra həmsdrlərin ifadə etdikləri kimi substansiv danışıqlara, yəni münaqişənin mahiyyəti üzrə müzakirələrə hazırdır. Danışıqlar masası üzərində 2005-ci ildən bəri müzakirədə olan sənəd qoyulacaq ki, həmin sənəddə Dağlıq Qarabağın yekun statusunun daha sonra keçiriləcək referendumda müəyyən edilməsi prinsipi əksini tapıb.

Lakin belə risk var ki, Ermənistan prezidenti Serj Sərkisyan iyun görüşündə də münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınsın və diqqəti təmas xəttində insidentlərin araşdırılması mexanizminə yönəltsin. Məlum olduğu kimi Vyana görüşündə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin mandatına dəyişiklik edilmədən onun səhra köməkçilərinin sayının artırılması və atəşkəsin monitorinqinin gücləndirilməsi haqda anlaşma əldə olundu.

Qeyd etmək lazımdır ki, təəcüblü də olsa Vyana görüşündən sonra doğrudan da təmas xəttində gərginlik ciddi şəkildə azaldı, atıcı silahlardan açılan ara-sıra atəşlər nəzərə alınmasa uzun müddətdən bəri ilk dəfə səngərlərə sükut çökdü. Bu, Vyana razılaşmasına əməl olunduğunu göstərir. Ancaq atəşkəsin monitorinqinin gücləndirilməsi mexanizmi hələ ötən həftə tərəflərə təqdim edilib. Bu mexanizmlərə Kasprşikin səhra köməkçilərinin sayının artırılmasının daxil olduğu məlumdur, ancaq o məlum deyil ki, təmas xətti boyu atəşkəsə nəzarət etmək üçün xüsusi avadanlıqların yerləşdirilməsi məsələsi həmin sənəddə əksini tapıbmı. Təmas xətti boyu xüsusi vasitələrin yerləşdirilməsi ABŞ-dakı erməni lobbisinin uzun müddətdir irəli sürdüyü təklif idi.

Bu təklif nəhayət Dövlət Departamenti tərəfindən rəsmi şəkildə tərəflərə təqdim olunub və erməni tərəfi onu diplomatik nailiyyət hesab edir. Azərbaycan tərəfi isə Vyana görüşündən sonra bildirdi ki, erməni tərəfi atəşkəsin monitorinqinin gücləndirilməsi barədə anlaşmanı yanlış interpretasiya edir. Bu razılaşmada xüsusi vasitələr və Kasprşikin mandatının genişləndirilməsi yer almır. Sadəcə olaraq səhra köməkçilərinin sayının artırılmasını və monitorinqlərin daha tez-tez keçirilməsini özündə əks etdirir.

Erməni tərəfi isə israr edir ki, söhbət Kasprşikin mandatının genişləndirilməsindən və həm də təmas xətti boyu xüsusi vasitələrin yerləşdirilməsindən gedir. Ermənistanda hakimiyyət koalisiyasının ortağı olan Daşnaksütun-un lideri Kiro Manoyan deyir ki, əgər iyun görüşünə qədər həmin razılaşmalar reallaşmasa Sərkisyan bir daha danışıqlara qatılmaya bilər.

Beləliklə, təmas xəttində insidentlərin araşdırılması və monitorinqin gücləndirilməsinə dair razılaşma ətrafında ciddi ziddiyətlər var. Azərbaycan tərəfi indiyədək bu təklifləri status-kvonun uzadılmasına xidmət edən təkliflər kimi qiymətləndirib rədd edirdi. İndi Bakı atəşkəs monitorinqinin gücləndirilməsinə o şərtlə razılıq verib ki, Ermənistan ləngimədən, vaxt itirmədən və prosesi uzatmaq üçün müxtəlif bəhanələr irəli sürmədən münaqişənin nizamlanmasına dair danışıqlara başlasın.

Əgər iyun görüşündə bu baş verməyəcəksə o zaman Azərbaycan tərəfi daha nə qədər gözləməlidir? Yəqin ki, Bakının atəşkəs monitorinqinin gücləndirilməsi təklifləri üzrə daha bir neçə raund görüş keçirib münaqişənin həllinə birbaşa dəxli olmayan işə daha bir neçə ay, yaxud il sərf etmək fikrində deyil. Digər tərəfdən, təmas xəttində gərginliyin azalması danışıqlar üçün münasib iqlim yaratsa da bunun əks tərəfi də var-əgər danışıqlarda ciddi irəliləyiş əldə olunmayacaqsa heç bir atəşkəs monitorinqi gərginliyin yenidən alovlanmasının qarşısını ala bilməyəcək.

Ona görə də iyun görüşündə “substansiv danışıqların” başlayacağı hələ müəmmalı qalır. Belə danışıqlar başlamasa hərbi əməliyyatların yenidən alovlanması riski kəskin artacaq. Xüsusən elə bir vaxtda ki, tərəflər təmas xətti boyu bütün hərbi arsenalını cəmləşdiriblər və qoşunlar atəş mövqeyində əmrə hazır gözləyir. Ermənistanda fürsət axtarırlar ki, aprel döyüşlərində məruz qaldıqları pərtliyin əvəzini çıxsınlar və itirilmiş mövqeləri geri qaytarmaq üçün həmlə etsinlər. Azərbaycanın isə belə cəhdə qarşı sərt əks-həmlə ilə cavab verib işğalçı qüvvələri bir qədər də geri oturmaq üçün hərbi əməliyyatlara başlamaqdan başqa yolu qalmayacaq...(Virtualaz.org).

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti