Azərbaycan və Ermənistan arasında Qarabağda aprelin 2-də başlayan irimiqyaslı hərbi əməliyyatlar dünya mətbuatının faktiki olaraq bir nömrəli mövzusuna çevrilib.

 Virtualaz.org xəbər verir ki, Rusiya mediası, ekspert çevrələri hazırda Qarabağda baş verənlərin təhlilinə geniş yer ayırır.

Gazeta.ru dünənki döyüşlərin xronikasına və tərəflərin bəyanatlarına geniş yer ayırdıqdan sonra ekspertlərin fikirlərinə yer verib. Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında müharibəni dayandırmaq praktiki olaraq mümkün deyil. ABŞ və Rusiya kimi böyük dövlətlər tərəfindən hərbi əməliyyatların başlanmasına görə səslənən tənqidlərə baxmayaraq beynəlxalq institutların prosesə real təsir imkanları yoxdur.

“Situasiyanı dəyişdirə bilən yeganə tərəf varsa bu da Rusiyadır”-ekspert deyib. Lakin Xramçixinə görə əgər hərbi əməliyyatlar Qarabağın hüdudlarından kənara çıxmasa Rusiya münaqişəyə qarışmayacaq. “Lakin əsas təhlükə bundadır ki, gərginlik çox yüksəkdir. Hərbi əməliyyatlar bu regionun hüdudlarından kənara çıxa və bilavasitə Azərbaycan-Ermənistan sərhədinə keçə bilər. Bax onda Rusiyanın münaqişəyə qarışması üçün bütün şərtlər yaranacaq”-Xramçixin fikrini tamamlayıb.

Vaşinqtondakı “Gulf State Analytics” şirkətindən aparıcı analitik Teodor Karasik isə Suriya böhranının Azərbaycan-Ermənistan münaqişəsinin alovlanmasına təkan verəcəyi əvvəlcədən aydın idi. “Suriyada Türkiyə-Rusiya qarşıdurması, habelə üç ölkə prezidentinin (Azərbaycan, Ermənistan və Türkiyə) Vaşinqtonda olması bu köpüyün partlaması üçün şərait yaratdı”-analitik deyib.

Karasikə görə Qarabağda eskalasiyaya gətirib çıxaran başlıca amillərdən biri Moskvanın İrəvana hərbi köməyi artırması oldu. Bu da Moskva ilə Bakı arasında münasibətlərin soyumasına gətirib çıxardı. “Bu, martın əvvəllərində, baş nazirin müavini Dmitri Roqozinin Bakıya səfəri zamanı aydın oldu. Roqozin Azərbaycan prezidenti ilə əvvəllər bağlanmış hərbi-texniki əməkdaşlıq müqavilələrini müzakirə etdi”-Karasik bildirib.

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti