Son parlament seçkilərindən 4 ay keçsə də, Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılması yubanır; “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəm” deyən 16 illik sədri yola salmaq üçün səbəblər də var...

Azərbaycanda son parlament seçkilərindən 4 ay keçsə də, Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması yubanır. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hələ fevralda MSK-nın mart ayına qədər formalaşacağını demişdi. S.Novruzov YAP-da bununla bağlı hazırlıq işlərinin getdiyini və partiyanın İdarə Heyətinin qərarından sonra MSK üzvlüyünə namizədlərin müəyyənləşəcəyini bildirmişdi. MSK-nın hazırkı tərkibinin səlahiyyət müddəti xeyli vaxtdır bitib, amma nə yeni tərkib formalaşıb, nə MSK sədri var... Üstəlik, parlamentdə yeni mandat əldə edən Azərbaycan Sosial Demokrat, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyalarının MSK-da təmsil olunması yubadılır, öz nümayəndələrini seçki komissiyalarına göndərmək hüququndan yararlana bilmirlər.

Yeri gəlmişkən, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov vəzifəsindən gedib, martın 28-də isə onun yerinə sabiq ombudsman Ella Panfilova seçilib. 2007-ci ildən MSK-ya rəhbərlik edən Çurovun istefasını Rusiya müxalifəti də tələb edirdi. Rusiya siyasi elitasının əsas regionu - leninqradlı Çurovun gözlənilmədən vəzifəsindən yola salınması və reputasiyası kifayət qədər şəffaf olan Panfilovanın MSK-ya gətirilməsi Rusiya mediasında ciddi müzakirə olunmaqdadır. Əsas iddia budur ki, Çurovun rəhbərliyi dövründə Rusiyada seçki qanunvericiliyi sahəsində geriləmə olub, keçirilən seçkilər beynəlxalq qınağa tuş gəlib, ölkənin ATƏT-in seçki institutları ilə münasibətləri pozulub.
Siyasi idarəetmə baxımından Rusiya modelinə yaxın Azərbaycanda da eyni fikirləri Məzahir Pənahov haqda demək mümkündür. Azərbaycan hökuməti və Avropada seçkini müşahidə edən əsas beynəlxalq qurum arasında münasibətlər son parlament seçkiləri ərəfəsində  gərginləşdi və nəticədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla, digər xarici təşkilatlar Azərbaycana müşahidəçi göndərməkdən imtina etdi. 2000-ci ildən MSK-ya rəhbərlik edən M.Pənahovun yola salınacağı ilə bağlı məlumatlar demək olar ki, qurum hər formalaşdıqda gündəmə gəlir. Bu illər ərzində onun rəhbərliyi ilə ölkədə üç prezident (2003-2008 və 2013), üç bələdiyyə (2004, 2009 və 2014), dörd parlament (2000, 2005, 2010 və 2015), iki dəfə (2002 və 2009) referendum keçirilib. Sirr deyil ki, həm ölkədə, həm də Qərbdə bu seçkilərin nəticələri hər zaman ciddi şübhə və etirazlar doğurub. 

Məlumatlara görə, MSK-nın formalaşdırılmasının ləngiməsinin səbəbi M.Pənahovun vəzifəsindən azad ediləcəyi ilə bağlıdır. Hələ son seçkilər ərəfəsi belə xəbərlər də vardı ki, MSK sədri yaxın ətrafına “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəm” deyib. “Hazırda onun yerinə gətirilməsi planlaşdırılan namizədlərlə bağlı müzakirələrin getdiyinə dair fikirlər var. Daha dəqiqi, hakimiyyət daxilindəki bütün tərəfləri razı sala biləcək namizəd axtarılır” deyə, azpolitika.info saytı yazır. Xəbərdə o da iddia edilir ki, ölkə rəhbərliyi səviyyəsində MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyulması məsələsi də müzakirə olunur. 

M.Pənahovun varisi haqda da ən müxtəlif məlumatlar var. Məsələn, bu posta ən real namizədlər sırasında ölkədə bütün qanunların hazırlanmasında əsas fiqurlardan olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adı çəkilir. Bundan başqa, Prezident Administrasiyasında da bir neçə nəfərin bu posta namizədliyinin müzakirə edildiyi söylənilir.

Məlumatlarda o da bildirilir ki, MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyularaq, Daxili İşlər Nazirliyini tabeçiliyinə verilməsi təklifi də var. Qeyd edək ki, təkcə Türkiyədə deyil, bir sıra Avropa ölkələrində də seçki DİN-in nəzarəti altında keçirilir. Bu təcrübədən Azərbaycanda istifadə olunması isə indilikdə real görünmür. Yeri gəlmişkən, 1992-ci ildə Mərkəzi Seçki Komissiyasının ilk sədri mərhum Cəfər Vəliyev 1979-1987-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri işləmişdi...


“Yeni Müsavat”

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti