Qərbin nəcib yuxarı sinif, Şərqin isə zəif birinci sinif şagirdlərini qorxudan dalaşqan Vovanın burnunun üstündən möhkəmcə vurublar. Türkiyə Motsartın “Türk marşı” sonatasının 3-cü hissəsini ifa etməyə başlayanda, qorxaqlar – indi vuruşmağa başlayacaqlar – deyərək, tez qaçıb stolun altına girdilər. Buna baxmayaraq, Vova quyruğunu qısaraq, dustaqxanadakı əsl zərərçəkən kimi ortalığa düşüb şivən qoparmağa başladı. Bəs, Obama, NATO, BMT hara baxır?

Vova bütün “vicdansız” dünyaya şikayət etməyə başladı. Amma onun dalından bir təpik vurdular.
Sonra türk pomidorlarına, şaurmaya və Rusiyadan sifarişlə uçan təyyarə reyslərinə sanksiya tətbiq etdilər.
Sanksiyalar Vovanın Antalyadakı “hər şey daxil” proqramlı mehmanxanalarında kef çəkən piylənmiş pərəstişkarlarının dənizə çıxışını bağladı. Tam məntiqsizlik, ”Türk marşı”na qarşı KQB sayağı üsulların köməyi ilə heç nə etmək olmaz. Müsəlman türklər qorxmurlar.
Amma Vovanın əlində Krım var. Bəli var, lakin bu elektriksiz qalmış Krımdır. Donbas var, ancaq bu gələcəyi olmayan Donbasdır. Ukrayna ilə müharibə. ”Rus dünyası” sakitcə göz yaşları ilə dolmuş bu dağları tərk edib. Belə şeylər Vovanın Rusiyası üçün xarakterik olan əlamətlərdir. Suriyada müharibə. Türk sultanı ilə müharibə.
Banklar dağılır. ”Qazprom”un qazı kiməsə lazım deyil. Hətta çinlilərə, türklərə də lazım deyil. Neft güclü şəkildə ucuzlaşıb. Yeməyə heç nə yoxdur (hər beş pomidordan biri Türkiyədən gəlirdi). Artıq dincəlmək üçün də yer yoxdur. Bəs Krım? Krımda hər şey Türkiyədən üç dəfə bahadır. Axı, orada hətta işıq yoxdur.
Nə vaxt ki, Vova “İncidilmişlər” və “Krım bizimdir” operettasının birinci hissəsini tamaşaya qoyanda, ispan və holland pamidorlarına qarşı sanksiyalar tətbiq edəndə, o məğrur şəkildə deyirdi: ”Braziliya və Türkiyə dostumuzdur. Bizim apelsinimiz də, pomidorumuz da olacaq. Çin də bizimlədir”.
Üstündən heç iki il keçməyib. Türkiyə Qara dənizdən çəkiləcək alternativ qaz kəməri ilə birlikdə atıq dostların cərgəsində deyil. Braziliya çox uzaqda qalıb. Çin isə daha yaxındır. Ural dağlarından bir az sonra Çin başlayır. 1937-ci ildə olduğu kimi ətrafda yalnız düşmənlərdir. Hər şey “təmizlənib”.
Uzun müddət idi ki, Vova özünün necə qoçaq oğlan olduğunu hamıya nümayiş etdirirdi. ”The European Leadership Network” təşkilatının məlumatına əsasən, keçən il Rusiya hərbi təyyarələri NATO-nun hava məkanını 39 dəfə pozublar. Amma bax gör indi necə ilişdilər. Həm də bleflə məşğul olmayan biri ilə qarşılaşdılar. Dalaşqanın burnunu övdular. Vova hələ indi də özünü sındırmaq istəmir.
Hazırda Əsədə göstərilən beynəlmiləl yardım getdikcə möhkəmləndirilir. Artıq Rusiya Baş Kəfiyyat İdarəsinin (Главное Разведывательное Управление – hərbi kəşfiyyat) xüsusi təyinatlıları və hava hücumundan müdafiə kompleksləri Suriyadadır. Lakin artıq “piter uşaqları” da hamının gözü qarşısında Vovanın tumanını necə batırdığını hiss edirlər. O, çuğulçu, deyingən və küsəyən olub. Vova boş bir çölün ortasında, Parisdəki terror aktlarından sonra dəliyə dönmüş və xeyli zəif Olland və qarınqulu Depardye ilə tək qalıb. Məğlubiyyətə məhkum olan Əsəd isə hesabdan sayılmır.
Türkiyənin Hərbi Hava Qüvvələri türk ordusunun təntənəli keçidinin təsvir olunduğu Volfqanq Amadey Motsartın 11-ci sonatasının şən 3-cü lya major hissəsini ifa edirlər. Xuliqanın isə seçimi, tundra çölləri kimi tam boşdur. Əgər cavab olaraq, türk sultanının sifətindən vurarsansa, onda NATO-nun gücü ilə qarşılaşarsan. Yox, əgər arxadan vurulmuş zərbə barəsində zırıldayarsansa, onda yazıq hesab edilərsən. Nağıl qəhrəmanı Alyonuşkanın dediyi kimi: ”Əziz qardaş, keçi ləpirindən su içmə!”
Putin hansı şüarı divardan asmağı göstəriş vermişdi? “Rusiya heç zaman dizi üstə çökməyəcək” şüarınımı? Türklərin arxadan vurduqları zərbədən sonra məgər göylərəmi qalxmaq olar? Sonra uça bilməyib yerə çırpılarsan. Əgər yenə də irəliyə soxulmaq istəsən, Suriyadakı hərbi bazanın aqibəti necə olacaq? Türkiyə Bosforu bağlayacaqmı? Bu sənin üçün apelsinlərin içərisindən qurd axtarmaq deyil. Deməli, belə olarsa, onda Putinin işi bitib. Hakimiyyəti itirmək qorxusu ilə əllərini sağa-sola yelləyib atmosferi gərginləşdirəndə, Putin ilk növbədə məhz özünü küncə dirəyib. Küncə sıxışmışların nə edəcəkləri barəsində isə proqnoz vermək çətindir.
Bu əllərində “Kalaşnikov”lar tutmuş bir neçə terrorçu deyil. Ən azından yaxın zamanlar üçün dünya nizamına qarşı böyük olmayan təhlükə sayılır. Aydın məsələdir ki, Putin güclü deyil. Güclü və ya zəif, bu yalnız bizim təxəyyülümüzdə canlandırdığımız oyunlardır. Qərb demokratiyasının vətəndaşları üçün Ümumi Daxili Məhsulun 0,1% aşağı düşməsi böyük dəhşət yaradır. Bu tərəfdən isə dalaşqan Vova peyda olub. Həqiqətən də blef etmək üçün Putinin hələ imkanları var. Ancaq indi artıq bəllidir ki, onun qoçaqlıq nümayiş etdirməsinin arxasında Rusiya silahının gücü yox, Olland və ya Sarkozi kimi tiplərin əfəllikləri dayanır. Putinin ümidi litvalıların və bütün avropalıların qətiyyətsizliyindən qaynaqlanır.
Qətiyyətsizlik göstərənlər və qorxaqlar kifayət qədərdir. Polşanın ictimai rəyi öyrənən “TNS Polska” təşkilatı avqust ayında Baltik ölkələrində və Polşada keçirdiyi rəy sorğusu zamanı məlum olub ki, Litva vətəndaşlarının 31 %-i, öz ölkələrinin Rusiyaya olan münasibətini hədsiz düşməncəsinə hesab ediblər. Respondentlərin 37%-i bu siyasətin yaxşı olduğunu, 20% isə xeyli mülayim olduğunu söyləyiblər. Estonların 32%-i, latışların isə 40%-i Rusiyaya qarşı tətbiq olunan sanksiyaları hədsiz sərt hesab edirlər. Bu göstərici yalnız Polşada 16% olub. Görəsən belə bir rəy sorğusu İtaliya, Fransa, Almaniyada aparılsaydı hansı nəticələr alınardı?
Bu sual indiki vəziyyətlə və hətta Rusiya ilə bağlı olan bir məsələ deyil. Problem çox ciddidir. İnsanların qayğısız yaşamaq istəmələri yaxşıdır. Vaxtilə zarafatla deylirdi ki, yaxşı yaşamağı qadağan edə bilməzsən. Çox təəssüf ki, zəiflik ruhundakı tərbiyyə, tənbəllik və ətalətə haqq qazandırmaq kimi xüsusiyyətlər bizim siyasətimizin əsasını təşkil edir. Bunların hamısı məktəbdən başlayaraq, bütün dövlət həyatının içinə daxil olur. Ona görə də qətiyyətsiz və qorxaqlıq prinsipi daha çox olacaq. Bu barədə bir neçə gün əvvəl ölkənin ən yaxşı gimnazıyalarından biri olan Vilnyus litseyinin direktoru Yurkyaviçus deyib:”Bizim pedaqoqlar tərəfindən seçilən strateji yol, tənbəl və deyingən nəsil yetişdirir. Belə bir psixologiya, ən kiçik sınağa və cüzi çətinliyə tab gətirə bilməyən gənclər tərbiyyə edir”.
Dalaşqan Vova və İŞİD kimi terrorçular dünyada hələ uzun müddət amansız mübarizənin olacağını göstərirlər. (Delfi.lt-Litva)

 AzPolitika.info

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti