“Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik hələ ki səngimir, əksinə, artır. Putinin “Türkiyə təkcə pomidorlarla canını qurtara bilməyəcək” bəyanatının nə mənaya gəldiyini tədricən müşahidə edirik. Rusiya diplomatik və hərbi müstəvilərdə aktiv həmlələrlə Türkiyəni basqı altına almağa çalışır”.

Teleqraf.az  xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli feysbuk profilində bölgədə baş verən prosesləri şərh edərkən yazıb. Ş. Cəfərli bildirib ki, Moskva Türkiyənin İraqın şimalındakı hərbi qüvvələrinin çıxarılması tələbi ilə BMT Təhlükəsizlik Şurasını toplantıya çağırıb: “İraq hökuməti isə Türkiyəyə öz əsgərlərini ölkə ərazisindən çıxarması üçün 48 saat vaxt verib və Hərbi Hava Qüvvələrini hazırlıq vəziyyətinə gətirib. Ultimatumun vaxtı bu gün (dünən) dolur. Türkiyənin hazırda İraqın şimalında azı 400 nəfərlik hərbi kontingenti var və onlar yerli kürd, türkmən və sünni ərəb qruplarına hərbi təlim keçir. İraq hökumətinin Türkiyənin üzərinə yeriyəcək cəsarəti özündə tapması xarici faktorla birbaşa əlaqəlidir. İŞİD gələndə bir güllə atmadan şəhər və kəndləri, əllərindəki yüzlərlə tankı, topu, banklardakı külli miqdarda nağd pulu atıb qaçan bu qorxaqlar indi Rusiya və İrana güvənərək Türkiyəyə ultimatum verəcək qədər cəsarətləniblər. Rusiyanın regionda şiələrlə qurduğu taktiki ittifaqın önəmli parçası olan İran isə Türkiyənin əlavə təbii qaza ehtiyac duyacağı halda bu qazı verə bilməyəcəyini açıqlayıb. Çox zəif ehtimal da olsa, Putin qəflətən qazı kəsərsə, Türkiyənin alternativ kimi İrana üz tuta bilməyəcəyi və Tehranın ən azı Moskva qədər güvənilməz tərəfdaş olduğu aydınlaşdı. İsrail isə Türkiyənin alternativ qaz tədarükçülərindən biri ola bilər”.

Rusiyanın paralel şəkildə Suriyada və Aralıq dənizində hərbi mövcudluğunu gücləndirməyə davam etdiyini qeyd edən politoloq qanadlı raketlər daşıyan “Rostov-na-Donu” sualtı qayığının Suriya sahillərinə göndərildiyiniu vurğulayıb: “Moskvanın yunan Kiprində (Aralıq dənizinin şərqi) hərbi baza yaratmaq üçün yenidən təşəbbüs göstərdiyi də bəlli olub. Adanın şimalında Türkiyənin güclü hərbi kontingenti mövcuddur və yunanlar bu disbalansı aradan qaldırmaq üçün Rusiyanın təklifini müsbət qarşılaya bilər, lakin yunan Kiprinin Avropa Birliyinin üzvü olması və ərazisində Britaniyanın (dolayısı ilə NATO-nun) iki hərbi bazasının mövcudluğu Qərbin bu işə müsbət yanaşmayacağını söyləməyə əsas verir.

Bu arada Rusiya NATO-nun Türkiyənin hava hücumundan müdafiəsini gücləndirməsinə və ümumən ittifaqın şərq cinahına əlavə qüvvə yığmasına etirazını bildirib. Ermənistandakı Rusiya aviasiya qruplaşmasının gücləndirilməsi Moskvanın həm NATO-ya, həm də Türkiyəyə qarşı cavab addımlarından biridir. Lakin Ermənistandakı 102-ci Rusiya hərbi bazasının Türkiyəyə ciddi təhdid yarada biləcək potensialı və Türkiyənin həmin istiqaməti qoruyan 3-cü ordusuna üstünlük quracaq imkanları yoxdur. Aralıq dənizində də balans Türkiyə və NATO-nun xeyrinədir”.

Rusiyanın Türkiyə maraqlarına qarşı addımlarının saysız olduğunu qeyd edən Ş. Cəfərlinin sözlərinə görə, onlardan biri də Suriyadakı kürd qruplaşması PYD-yə hərbi dəstəyini artırmasıdır: “Lakin neftin ucuzlaşmağa davam etməsi sözsüz ki, Rusiyanın imkanlarını məhdudlaşdırır və onun ambisiyalarının reallaşmasına mane olacaq faktora çevrilir. Moskvanın öz Suriya siyasətini ölkənin cəmi 14-15 faizini əlində saxlayan Əsədin kreslosundan asılı hala gətirməsi və sünni ərəblərlə əlaqələrinin zəifləməsi isə uzaqgörən strategiya deyil. Suriya əgər bölünməyəcəksə, ölkənin gələcəyində məhz sünni ərəblərin söz sahibi olacağı şübhəsizdir.

Uzaq Latın Amerikasında baş verən hadisələr də diqqətəlayiqdir. Venesuela və Argentina kimi iri dövlətlərdə Rusiyaya yaxın sol iqtidarların məğlubiyyətini qlobal rəqabətdə Moskvanın itkiləri kimi qiymətləndirmək olar. Çavezin, Bolivarın, Çe Gevaranın sümükləri sızıldayır. Braziliyada ciddi korrupsiya əməllərində ittiham olunan solçu prezidentin mövqeləri də ciddi şəkildə zəifləyib”.

 

Bölməyə aid digər xəbərlər

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

01 Okt 2015 Suriyada qüvvələr nisbəti və Rusiyanın “terror” hədəfləri - TƏHLİL

Xəbər lenti