Bir neçə aydan sonra İranda parlament seçkiləri olacaq. Güney Azərbaycan milli fəalları əvvəlki illərdə olduğu kimi bu seçkilərdə də nələr edəcəkləri ilə bağlı düşünməkdə və bir sıra işlər görməkdədirlər.

Öncəki illərdə seçkiyə görə milli fəalların necə münasibət bəsləmələri iki amildən asılı olmuşdur:

Birincici: milli hərəkatın mahiyyətindən aldıqları təsvir; ikincisi: İran siyasi quruluşuna baxış.

Bu iki amil, habelə millətimizə hakim olan ümumi söyləmi nəzərdə alan millətçilər seçkilərdə aşağıda açıqlanacaq variantları düşünmüşlər. Bu yazıda həmin variantlar haqında qısaca açıqlama verdikdən sonra düşündüyüm ən uyğun variantı təklif etmək fikrindəyəm.

1. Baykot. millətçilərin çoxunluğu, İranın indiki siyasi quruluşu və genəl siyasətlərin nəzərdə alaraq, parlamentaristi mübarizəyə və hər hansı reforma umudsuz olmuş və baykot yolun seçkilərdə seçmişlər. onlara görə müxtəlif seçkilərə “ şuraye nigəhban”qurulunun işə keçib namizədlərı sıradan çıxarması, rəsmi və qanuni partiyaların yaranmasına imkan verilməməsi artıq seçkiləri etibardan salmışdır. üstəlik məclis kimi siyasi qurumu ələ keçirməklə də, hər hansı qanunun kəsinləşməsinə umud bəsləmək olmaz. onlar islahatçıların ələ keçirdiyi 6cı məclis təcrübəsin bu iddianın subutu üçün irəli sürürlər. İran ana yasasına görə, məclisdə keçirilən hər hansı qanun “şuraye nigəhban”ın onayından keçməlidir. baykot edənlərcə, milli hərəkatımizin ən ilkin istəkləri belə İran ana yasasına sığmır. örnək üçün türk dilinin rəsmi dil olması, ana yasanın 15ci maddəsinə qarşıdır. Niyə ki bu qanuna görə, İranda rəsmi dil farsca elan olub, bunun dəyişməsi üçün ana yasa dəyişməlidir, oda məclis əlində deyil (177ci maddəyə görə) bu nədənlərə oxşar başqa səbəblərdə irəli sürərək, milli hərəkat fəalları genəl olaraq İranda seçkiləri azad seçki hesab etməyib, umumiyətcə seçkiləri baykot etmişlər. ancaq baykot ilə seçkiyə yanaşanlar özəlliklə məclis seçkilərində istənən nəticəni alanmayıblar. Bu seçkilərə qatılan namizədlərın sayca çoxluğu, baykot edənlərin aktiv olmaması, namizədlərın populisti şuarlardan-qohum bazlıqdan-şəhərçilikdən istifadəsi, umum xalqın arasında olan muhafizə karlıq və az avantajları qaçırmamaq istəyi və ...  kimi amillər, baykotu nəticəsiz qoymuşdu. Üstəlik baykot edənlər qırağa çəkilmək ilə seçki meydanın boş buraxmış və bu fürsəti təbliğat üçün qaçırmışlar. Özət olaraq baykot istəyi çox böyük enerji ilə fəal şəkildə olmasa yalnız meydanı buraxmaqla nəticələnər.

2. Özəl bir namizəd ilə milli istəklərimizi dilə gətirməsi üçün anlaşmaq. Bu variantı seçənlər baykotu yararsız görüb seçki ortamından istifadə edərək istəklərimizi topluma çatdırmaq istəmişlər. Onlar “şuraye nigəhban” filterindən keçən namizədlərın içində hər hansı bizim istəkləri irəli sürsə onu dəstəkləmək istəyiblər. ancaq bu namizədlər, milli hərəkatın xalq arasında gücün silib, onları dilə tutub səslərin almaqla yanaşı, özlərinə baş ağrısı yaratmaqdan çəkinmişlər. Onun üçün də milli hərəkatın ən aşağı istəklərini öz umumi pilanları içində gizlətmişlər. Belə ki yalnız millətçilərin toplantısında bu istəkləri populisti şəkildə dilə gətirmişlər. ancaq başqa yerlərdə bu istəklərdən söz etməmişlər. seçkidən seçkiyə milli hərəkatı yada salan bu namizədlər məclisə getdikdən sonrada gözə gəlim bir iş görməmişlər. Onlar heç vaxt milli hərəkatımiz və milli fəallarımızı savunmamış və bu günə qədər ana dilimizin öyrətim dili olmasına bir iş görməmişlər. bu variant əməldə hərəkatın səviyyəsin endirmiş və onu kiçik müamilələrdə oyuncağa çevirmişdir, birdə ki milli istəklərimizə inanmayan namizədlərı hərəkatın nümayəndəsi kimi qimətləndirmək və onların sonrakı istənilməz addımları bu variantun başqa mənfi yönləridir.

3. Namizədlərdən seçki zamanı yox, məclisə girdikdən sonra öhdəlik almaq.Bu variant isə İranda siyasətə yüklənən yalançılıq və oyun bazlığın nəticəsidir. Xalqı və hökuməti başqa sözlərlə aldadıb məclisdə milli istəkləri önə sürmək bu variantun çılpaq üzüdür. Bu variant bir neçə nədənə görə uyğun deyil, birincisi, bir ömür muhafizə karlıq etmiş birisi məclisdə birdən birə devrimçi ola bilməz, tərsinə dahada muhafizə karlaşar. İndiki məclisdə olan nümayəndələrin bir neçəsi bu məsələyə örnəkdilər. ikincisi, namizəd səs aldığı qrupların istəkləri yerinə gətirməyə daha çox öhdəlik daşıyır. Üçüncüsü, belə oyun bazlıqları milli hərəkata sıramaq, mübarizə ruhunu milli hərəkatdan almaq deməkdir. milli-ictimai hərəkatlər oyun bazlıqdan daha çox mübarizə ruhuna ehtiyacı var.

4. Millətçilik fikri daşıyan namizəddən təbliğat yox, məclisə girdiyi halda başqa iqtisadi avantajlar almaq üçün razılaşmaq. Bir sıra şəhərlərdə bu variantu təcrübə edən millətçilər var. Bu namizədlər ya məclisə yol tapmamışlar yada məclisə girsələr onların verəcəyi iqtisadi avantajlar milli hərəkata səm kimi olar. milli hərəkat indidən belə rantlar almağa alışarsa gələcəkdə fisaddan çıxa bilməz.

5. Başqa təşkilatların adı ilə və onların üzvü olaraq məclisə girmək. Bu variantun sonucları 3-cü variant kimidir. Başqası ilə saziş bağlayıb onu qırmaq qısa zamanda bizim xeyrimizə olsa da uzun sürədə özümüz də həmin namizədin xəyanətinə tuş gələ bilərik.

6. Millətçi olaraq seçkilərə qatılmaq və seçki zamanı milli istəklərin aşağı düzeydə olanlarını dilə gətirib təbliğ etmək. Milli hərəkat bu variantdan ən çox fayda aparıb. Seçkilər zamanı milli istəkləri xalq arasında aparmağa ən uyğun zamandır. Ancaq bu günə qədər əldə olan təcrübə göstərir ki, milli hərəkat adına meydana girən namizədlərə ya son anda yol verilməyib, ya da namizədlərın özlərinin və yaxın çevrələrinin zəifliyindən düzgün səs toplaya bilməyiblər. Bəzən də milli hərəkatın şəxslər və qrupları arasında yaranan ixtilaf, bu namizədlərın düzgün axın (cəryan) yaratmalarına mane olub.

Vurğulandığı kimi bütün bu variantları milli hərəkatımiz bu günə qədər sınaqdan keçirmişdir. Önümüzdəki seçkilərdə milli hərəkatın necə yanaşması haqda, öncə bir neçə məsələyə bir daha aydınlıq gətirmək lazımdır:

- Ölkənin şəraiti, milli hərəkatın mahiyyəti, İran və dünyadakı umumi baxış və özəlliklə son 40-50 ilin təcrübəsi nəticəsində milli fəallarımız umumiyyətcə mədəni muqavimət strategiyasını mənimsəyiblər. Ancaq milli hərəkatın düzgün təşkilatllanması və mövcud olan təşkilatlar tərəfindən bu strategiyanın açıqca elan olunmaması hərdən ötəri sapmalara gətirib çıxarır. Biz İrandakı parlament seçkilərinə də reformist baxışla yox, mədəni muqavimət açısından baxmalıyıq. Yalnız mədəni dirəniş estrategiyası ilə bu seçkilərə yanaşmaq gərəkir. seçkiyə qatılmaq bu rejimi dəstəkləmək və onu münfəilcə baykot etmək rejimlə mübarizə deyil. mədəni mübarizədə qullanılan ən böyük fürsətlərdən biri seçkilərdir.

- Milli mübarizə özlüyündə əxlaqi bir mübarizədir, bu əxlaqi və dəyərli mübarizənin təmizliyini qorumaq önəmlidir. onun üçündə ideallarımız uğrunda tutduğumuz yöntəmlərdə əxlaqi olmalıdır. ideallarımız və hədəflərimiz qədər tutduğumuz yöntəmlərdə hərəkatın kimliyidir, onu cazibəsinə və gələcəyinə etkilidir.

- Milli hərəkatın mahiyyətini və İran siyasi quruluşunu nəzərdə alaraq, seçkilərdən umacağımız yalnız milli istəklərimizin yayğınlaşması ola bilər.

- Mədəni mübarizə qanunu öndə tutan hərəkatdir, ancaq var olan qanunlar demokrasiyə və bəşər haqlarına qarşıdırsa və ya açıqca ayrı seçkilik daşıyırsa, mədəni mübarizə itaətsizlik formasında özün göstərər.

- Milli hərəkatın yalnız aşağı səviyyəli istəklərini içəridə dilə gətirmək, bir sıra fürsətçilərə populist və bəzən mozdurlara meydan açıb onlara rahatca milli hərəkatın şuarların oğurlayaraq, millətçiləri ötəri də olsa öz çevrələrinə yığa biliblər. Habelə aşağı səviyyəli istəklərin gündəmdə olması, yaranan etiraz ruhunu sönükləşdirməyə çox rahat yollar açmaqdadır. Bir də ki, yan hədəflərin əsas hədəflərdən daha çox gündəmdə olması milli hərəkatın get gedə azmasına gətirib çıxara bilər

- Milli hərəkatın ana yolunun bəlli olması üçün, habelə azğınlığa, sui-istifadəyə və fürsətçiliyə meydan verilməməsi üçün gərək içəridə ən əsas istək və hədəflərimiz açıqca ortaya qoyula

- Təməlli və radikal olaraq milli mübarizəmizi qabağa aparanlara, hökumət tərəfindən yüzdə yüz ağır cəzalar yüklənəcək. belə halda onları yalnız buraxmaq, uzun sürədə milli hərəkata böyük zərbədir. Qanun çərçəvəsində radikal çalışanların mədəni-siyasi haqlarını qorumağa çalışmalıdılar.

- Məncə yuxarıda vurğulanan məsələlərdən yola çıxaraq, bu seçkilərdə birbirini tamamlayan iki yöntəm seçilə bilər.

Bu yöntəmlərin önündə gedənlər ayrı-ayrı şəxslər olur. ikisindədə milli fəallar seçkilərdə namizəd olur və milli hərəkat yalnız bu namizədlərın arxasında durur.

Birinci qrup bu günə qədər təcrübə etmədiyimiz bir yöntəmə əl atır, milli hərəkatın ən başlıca və radikal istək və hədəflərin ortaya qoyaraq namizəd olurlar. İran ana yasasının dəyişməsi, Güney Azərbaycan türklərinin millət olaraq rəsmiyətə tanınması və öz müqəddəratını təyin etmə haqqının ana yasada qeyd olunması, Güney Azərbaycanın istiqlalı üçün refrandom istəyi və ... kimi istəklər bu namizədlərın platformunda yerləşə bilər.

Bəllidir ki bu namizədlərın səlahiyəti rəd olunacaq. üstəlik onlar əmniyəti orqanlar tərəfindən tutuqlana bilərlərdə. ancaq bu dirənmək milli hərəkatın yatağın bərkidir, kimliyin dahada aydınladar və hər hansı bir azqınlığın qabağın alar. Bunların istəkləri İran qanunların aşsada, uluslar arası huquq və bəşər haqların oyan istəklər olacaq. Bu namizədlər təkcə nasyonalisti istəklər deyil, başqa modernisti istəkləridə öz platformlarında yerləştirə bilərlər. Örnək üçün qadın huququ, sekularism, siyasi və kültürəl pluralism və Ikinci qrup, İran qanunları çərçəvəsində, aşağı səviyyəli milli istəkləri irəli sürüb seçkidə namizəd olurlar. Bu günə qədər təcrübə olunan yöntəmlər içində, vurğuladığımız kimi bu yöntəm daha faydalı olub. Bunlar vurğulandığı kimi qanun çərçəvəsində, radikal istəkli şəxs və qruplarımızın mədəni-siyasi huququn müdafiə etməlidilər. Təssüflə bu günə qədər milli-mədəni mübarizədən düz təsviri olmayan bir sıra insanlar, qanuni çalışmağı öndə tutan zaman, açıq və gizlində radikal və öndə gedənləri vurmuşlar ya ən azı onları müdafiə etməkdən çəkinmişlər. Bir halda kimi tip fəallar sınır tanımayan insan haqlarına və İran ana yasasına bəzi maddələrə dayanaraq milli hərəkatın hədəflərin savunmasalarda, bu hərəkatda çalışanların mədəni huquqlarını müdafiə edə bilərlər

Məncə bu seçkilər bir sürə susqunluğa qapılmış milli hərəkatı, bir daha canlandırmağa bir atılış səkkusu ola bilər. Son illərdə bu ölkənin gərçək nağıllarının bir sonucu olub:

“Xurcunu özgə atına qoyma, yoxsa ...”

Yürüş Mehrəlibəyli

Güney Azərbaycanlı milli mədəni fəal, siyasi məhbus

Təbriz zindanı, Noyabr, 2015-ci il.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

06 Okt 2015 Seçkidən imtina- siyasi məhbuslara dəstək…

Xəbər lenti