“Birinci Dünya Müharibəsində İngiltərə və Fransa Osmanlı imperiyasını parçaladı. Yaxın Şərq xəritəsini gələcəyin xaos planlarına yarayacaq, etnik və məzhəb qarşıdurmalarına yol açacaq şəkildə hazırladılar. İndi isə İKİNCİ BÖLÜNMƏ DÖYÜŞÜ gedir. Yeni xəritəni isə ABŞ və Rusiya çəkir”.  
                                                                    Publika.az xəbər verir ki, bu sözlər “Takvim” nəşrinin yazarı Bülənt Erandac “Şifrə 2030: istismarçı dövlətlərin Yaxın Şərq planı” başlıqlı yazısında yer alıb.   Onun sözlərinə görə, 2016-cı ildə Suriya xəritəsi üzərində iş aparılacaq. Bülənt Erandac Rusiyanın Tartus bazasının qorunacağını, Suriyada İraqda olduğu kimi federal sistemin yaradılacağını bildirib. Yazar 4 federal dövlət və mərkəzi Dəməşq olan YENİ SURİYA FEDERASİYASI-nın yaradılacağını qeyd edib.   Bülənt Erandac ABŞ-ın ən nüfuzlu düşüncə mərkəzlərindən olan “Brookings Institution” (ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) kölgəsi hesab olunur. Ən böyük maliyyəçiləri arasında Bill Qeyts Fondu və sionizmin bayraqdarlarından olan milyarder Devid Rubinstayn var) muxtar subyektlərdən yaradılacaq Suriya ilə bağlı hesabatı mətbuata sızdırıb. İddiaya görə, konfederasiya beynəlxalq sülhməramlılar tərəfindən dəstəklənəcək.   Bülənt Erandac Suriya ətrafında baş verənlərlə əlaqədar aşağıdakı parametrlərə diqqət çəkir:   1. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Suriya mövzusunda beş ölkənin - Rusiya, ABŞ, Türkiyə, İran və Səudiyyə Ərəbistanın açaq mövqedə olduğunu bildirib.   2. Obama və Putin ortamüddətli razılaşma üzərində işləyir. Rusiya lideri “Əvvəlcə İŞİD-i məğlub edək və Əsədin yer aldığı keçid hökumətini quraq. Daha sonra isə ABŞ və Rusiya ortaq qərarla Yeni Suriyanın idarəçilərini müəyyənləşdirsin” deyir.   3. CİA-nın başçısı Con Brennan 2030-cu ilə qədər Yaxın Şərqdə Böyük Dəyişmə-nin tamamlanacağını iddia edir.   Dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan CİA-nın başçısının bu fikri ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Raysın 2003-cü ildə hazırladığı “Transforming The Middle East” (“Yaxın Şərqi çevirmək”) hesabatında da əksini tapıb. Keçmiş dövlət katibi “Mərakeşdən Bəsrə körfəzinə qədər Yaxın Şərqdə olan 22 dövlətin rəhbərliyi, sərhəd və xəritələri dəyişdiriləcək” ifadəsinin məzmunu “Yaxın Şərqdə Böyük Dəyişmə” ilə tamamilə eynidir.   “Türkiyənin 2023-cü il strategiyası çox əhəmiyyətlidir. Əgər 2023-cü il hədəfinə çatsaq, “2030-cu il YENİ YAXIN ŞƏRQ XƏRİTƏ”si çəkilən masada şübhəsiz ki, Yeni Türkiyə olacaq. Bu situasiyanı yaxşı oxuyan prezident Rəcəb Tayyib Ərdoğan yeni Suriya tənliyində söz sahibi olmaq istəyir. Bu baxımdan Ərdoğanın Cerablus strateji hücumu Türkiyə üçün  həyati əhəmiyyət daşıyır. 1 noyabr və 2019-cu il prezidentlik seçkilərinin Türkiyə üçün nə qədər həyati əhəmiyyət daşıdığı da məlumdur. Türkiyənin 2023-cü ildə hədəflərinə çatması təmin edilməlidir”, - Bülənt Erandac yazını yekunlaşdırıb.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti