|
Ermənistan Avrasiya Birliyini özünün təhlükəsizlik anlayışına görə seçib və üzv olub. Musavat.com-un məlumatına görə, bu barədə İtaliyanın “Notizie Geopolotiche” nəşri yazıb.
“İrəvan Avropa Birliyi ilə danışıqlar kəsmək və AB-ni deyil, Rusiyanı seçmək qərarı verib, çünki AB Rusiyadan yan keçməklə alternativ qaz təchizatçısı olacaq Bakı ilə münasibətləri yaxşılaşdırmaq yolu tutmuşdu” – məqalədə deyilir.
“Bundan sonra, 2014-cü ildə Moskva Ermənistana uzaq radiuslu raket kompleksləri satmaq qərarına gəldi. Müdafiə nazir Seyran Ohanyanın sözlərinə görə, “bu raketlər Ermənistana müdafiə mexanizmlərini fəllaşdırmaq və Azərbaycan tərəfini hərbi əməliyyatlardan çəkindirmək imkana yaradacaq“ – qeyd edib məqalə müəllifləri.