Virtualaz.org saytı nüfuzlu “Forbes” jurnalının Rusiyada president Vladimir Putinə qarşı “tədrici qiyam yetişdiyinə” dair sensasion məqaləsinin xülasəsini dərc etmişdi.

 

Bu məqalə geniş rezonans doğurub. Fransanın “Atlantico” jurnalı Paris siyasi araşdırmalar İnstitutunun professorları Siril Bre və Florian Parmantye ilə həmin məqalədə əksini tapan məlumatları və Putinin Kremldəki “Politbüro 2.0” adlı qrup tərəfindən devriləcəyinə dair iddiaları müzakirə edib.

Florian Parmantyenin fikrincə, ilk baxışdan “Forbes”də yer alan informasiya paradoksal görünə bilər. Çünki Krımın fəth edilməsindən sonra Vladimir Putinin reytinqi heç vaxt olmayan qədər yüksəkdir.

Bununla belə Putinin şəxsi hakimiyyəti Rusiya iqtisadiyyatındakı çətinlikləri nəzərə almaqla son vaxtlar bir qədər laxlayıb. Ekspertə görə Rusiyada siyasi çətinlikləri çox gözləmək lazım gəlməyəcək. Yəni Putinin populyarlığının əsasları çat verə bilər.

“Məqalənin mənası odur ki, Putinin qarşısında çətin seçim dayanıb, elitanın çoxu isə onun hakimiyyətinin qalmasında maraqlı deyi. Putini tez-tez yeganə “xozeyin” kimi təqdim edirlər, ancaq Rusiyada deyildiyi kimi, “Kremlin çox qülləsi var”.

Prezident Putin müxtəlif qruplar arasında tretey hakimi rolunu oynayır. “Ləng qiyam” isə onun yaxın çevrəsinə zərbələri nəzərdə tutur, çünki Putin özü seçilmiş prezidentdir və hələ çox populyardır”- deyə Florian Parmantye bildirib.

Siril Brenin fikrincə isə Rusiyada vəziyyətin müəkkəbləşməsi mümkündür, ancaq məhdud miqyaslarda. Hazırda Rusiyanın beynəlxalq aləmdən təcrid olunduğu haqda deyilənlər şişirtmədir. Qərblə münasibətlər mürəkkəbləşsə də Rusiya digər istiqamətlərdə münasibətlərini inkişaf etdirir. Lakin neftin ucuzlaşması və sanksiyalar nəticəsində Rusiya biznesi maliyyə əldə edə bilməsə situasiya onda kəskinləşə bilər.

“Bu, Rusiya prezidenti üçün ən kritik məqamdır. Bununla belə, bu o demək deyil ki, Putinin populyarlığı aşağı düşür, elita üzərində nəzarəti zəifləyir. Əhalidə milli prestij naminə özünü kollektiv qurban vermək hissi var, elita isə çoxdan alternativ strategiyalar hazırlayıb. Başqa sözlə, yaxın gələcəkdə diplomatik və iqtisadi çətinliklər Rusiya prezidentinin şəxsi liderliyini şübhə altına almayacaq”- ekspert deyib.

Bəs “Forbes”in məqaləsində bəhs edilən və Putini hakimiyyətdən uzaqlaşdırmaq istəyən “Polibüro 2.0” nədir?

Florian Parmantye deyir ki, bu ifadə Putinin yaxın tərəfdaşlarından ibarət klanı nəzərdə tutur.

“Rusiya hakimiyyəti təkcə “vertikal”dan ibarət deyil, ona klanlardan və qruplardan ibarət konqlomerat kimi baxmaq lazımdır. Bu klanlar və qruplar müəyyən resurslar uğrunda bir-biri ilə rəqabət aparırlar”-Parmantye deyib.

Siril Bre isə deyir ki, Putinin yaxın ətrafına daxil olanların barəsində korrupsiya faktlarının ortaya çıxmasına baxmayaraq prezidentin reytinqi zəifləmir. Qərbdən fərqli olaraq Rusiyada korrupsiya faktları qalmaqala səbəb olmur, çünki bu ölkədə korrupsiya hakimiyyətin ayrılmaz atributu kimi qəbul edilir.

“Ancaq əhali doğrudan da prezidentin şəxsiyyətinə bağlı olsa da bu hisslər əbədi deyil. Ortamüddətli perspektivdə sosial xərclərin ixtisarı və ya Rusiyanın alçaldılması bu “ictimai müqaviləni” poza bilər”- deyə ekspert bildirir.

Virtualaz.org

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti