Şanlıurfanın Suruc rayonunda sosialist kürdlərin keçirdiyi aksiyada baş verən partlayış Türkiyənin ictimai-siyasi həyatına yeni rənglər qatmağa başlayıb. Baş verən partlayış İŞİD-in planı olması sübut olunsa da, PKK bunu Türkiyə hökumətinin adına yazaraq, terror aksiyalarına start verib. İstanbula qədər uzanan PKK hökumət qarşısında separatçı və Türkiyə dövlətinin suverenliyini təhdid edən iddialar qaldırır. Beləliklə, Suruc hadisəsi terror təşkilatının fəallaşması üçün stimulyator rolunu oynadı və bu da, birmənalı deyil.
“Həll prosesi dalana dirənib”

Məsələ ilə əlaqədar “Olaylar”ın sualını cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, PKK-nın fəallaşmasına səbəb təşkilatın qollarının, TBMM-ə seçilmiş Xalqların Demokratiya Partiyasının (HDP-nin) və separatçı kürdlərin Türkiyə daxilində pozuculuq işləri aparmasıdır. AKP hökumətinin Suriyaya könüllülərin göndərilməsini qadağan edən qərarını xatırladan Q. Hüseynlinin sözlərinə görə, separatçı kürdlər hökumətin bu qərarını heçə sayaraq, Şanlıurfada xüsusi mərkəz təsis edərək oraya bütün kürd bölgələrindən, eləcə də Türkiyənin digər regionlarından kürdləri könüllü olaraq dəvət edirlər: “Məqsəd PKK-nın Suriyadakı qolu üçün əsgər toplamaq idi. İŞİD plandan xəbər tutdu və PKK tərəfdarlarının Surucda keçirilən aksiyasında kamikadzeni partlatdı. Bundan sonra HDP və PKK hay-küy salmağa çalışırlar ki, guya bu hadisəni Türkiyə hökuməti törədib. İddia edirlər ki, AKP PKK ilə bağladığı “sülh sazişinin şərtləri”ni pozur. Hökumət isə, HDP-dən tələb edir ki, Qəndil dağlarındakı əsgərlərini aşağı endirsin. AKP yetkililəri bildirirlər ki, əgər həmin kürdlərin heç bir cinayətdə əlləri olmasa, azad olunacaqlar. AKP kürdlərdən Türkiyəyə qarşı elan edilməmiş müharibəni dayandırmalarını istəyir. PKK və HDP tərəfdarları isə bildirirlər ki, “atəşkəs haqqında saziş” imzalanmalıdır, “atəşkəs rejimi” elan edilməlidir və bu prosesin başında həbsdən azad olunacaq terrorbaşı Abdullah Öcalan durmalıdır. Bunlar qeyri-səmimi və riyakar iddialardır. Kürdlər öz dövlətlərinə və hökumətlərinə qarşı qiyam qaldırmaqla separatçı hərəkat yaradaraq AKP-dən əli 35 min insanın qanına batmış Öcalanla saziş imzalamağı tələb edirlər. Bu, tamamilə cəfəngiyyatdır. Güman edirəm ki, Ərdoğanın son çıxışlarından birində “çözüm prosesi dalana dirənib” deməsi, buradan qaynaqlanır. PKK və HDP də hay-küy qaldıraraq, kürd məsələsinin çözüm prosesinin davam etməsinin vacibliyini qabağa çəkirlər. Baş verən son hadisələr göstərdi ki, kürdlər öz partiyaları ilə parlamentdə təmsil olunmalarına baxmayaraq, Türkiyə qanunvericiliyi əsasında mübarizə aparmaq niyyətində deyillər. Onlar qeyri-qanuni yollarla yaşadığı bölgələrdə toponimləri dəyişirlər, istədikləri vəzifələrə adamlarını təyin edirlər, valilərin istefalarını tələb edirlər. Eyni zamanda Türkiyə dövlətinin ərazi bütövlüyünə xələl gətirən iddialar irəli sürürlər. Vəziyyət gərginləşib. Belə olan halda Türkiyə hökuməti dövlətin suverenliyini müdafiə edəcək qərarlar verəcək. Bundan sonra kürdlər Türkiyədə dinclik içərisində yaşamağın onlar üçün daha yaxşı olmasını anlayacaqlar. Çünki, heç bir halda Türkiyə hökuməti tərəfindən kürdləri narazı salacaq addımlar atılmır, əksinə onların özləri mərkəzdənqaçma siyasəti yürütməyə meyllidirlər”.

“Qərbdən “müstəqil dövlət” vədləri verilib”

Qabil Hüseynli hesab edir ki, bəzi Qərb dövlətləri kürdləri qızışdıraraq ayağa qaldırırlar. Politoloqun sözlərinə görə, separatçı kürdlərə Qərbdən “müstəqil dövlət” yaratmalarına yardım vədləri verilib: “Kürdlərin məqsədi Suriyadakı kürd bölgələri, Bərzaninin İraqda “müstəqil dövlət” elan etdiyi əraziləri, eləcə də Türkiyə və İrandakı bəzi regionları vahid bayraq altında birləşdirərək, “Böyük Kürdüstan”ı qurmaqdır. Türkiyədəki kürdlər məhz bu niyyətləri üçün mübarizə aparırlar. İran tərəfi bu prosesin əleyhinədir, heç bir halda öz ərazilərini kürdlərin nəzarətinə verməz. Türkiyə də heç cür buna razı olmaz. Çünki, Türkiyə bölgənin ən böyük dövlətlərindən biridir. Kürdlər isə Suriyada baş verənlərdən istifadə edərək, hətta türkmən ərazilərini də işğal edərək nəzarət etdikləri bölgələrin tərkibinə qatıblar. İraqda da eyni proses baş verib. Yəni, kürdlərin niyyəti tamamilə separatizmə əsaslanır və heç bir dövlət bununla razı ola bilməz”.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti